Keçən il Qəbələyə 45 ölkədən 121 min əcnəbi turist gəlmişdir

 

Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dördüncü regional inkişaf proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məlumat vermişdir.

RİH başçısı bildirmişdir ki, ötən il rayondakı 2500 yerlik 16 hotelmehmanxana tipli müəssisələrdə 186 mindən çox yerli və əcnəbi turistlərə xidmət göstərilib. Bir o qədər də turistin fərdi evlərdə qaldığını deyən S.Abdullayev məlumat verib ki, gələn turistlərin 65 faizi, yəni 121 min nəfəri dünyanın 145 ölkəsinin vətəndaşı olmuşdur.

Natiq onu da vurğulamışdır ki, Qəbələ bu gün təkcə yerlixarici turistlərin sevimli istirahət mərkəzi deyil, həm də dövlət başçısının iştirakı ilə keçirilən beynəlxalq görüşlərin, sammitlərin, mötəbər idman və mədəniyyət tədbirlərinin keçirildiyi bir məkandır. İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransda Qəbələ şəhərinin 2020-ci il üçün "İslam Turizm Paytaxtı” seçilməsini deyən S.Abdullayev qeyd etmişdir ki, cari il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransının Qəbələdə keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.- 2020.- 5 fevral.- S.5.