2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2020-ci il tarixli 1419 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 20/122

 

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri Q.S.Qaratov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) 2020-ci il fevralın 5-də yazılı müraciət edərək 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Azərbaycan Ümid Partiyasının (Ümid Partiyası) həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi müşahidəçilərinin qeydə alınması barədə dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) tələblərinə uyğun qəbul edilmədiyini bildirmiş, bununla bağlı qanuna uyğun tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciətə əlavə edilmiş dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, Ümid Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzvlər müşahidəçilər təyin edilmiş, onların təsdiq edilməsi qeydə alınması üçün sənədlər komissiyaya təqdim edilmiş, komissiya Ümid Partiyasının müraciətlərini təmin edərək həmin şəxsləri məşvərətçi səs hüquqlu üzv müşahidəçi kimi müvafiq olaraq təsdiq etmiş qeydə almışdır.

Dairə seçki komissiyası tərəfindən həmin qərarların qəbul edilməsi zamanı Seçki Məcəlləsinin 36.6-cı 148.6-cı maddələrinin tələblərinə düzgün əməl edilməmişdir.

Göstərilənlərlə əlaqədar olaraq, dairə seçki komissiyasının Ümid Partiyasının məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilməli, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi müşahidəçilərin qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 36.6-cı 148.6-cı maddələrinə əsasən qərara alır:

1. 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının Ümid Partiyasının həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilsin, həmin şəxslərə verilmiş müvafiq lövhəciklər etibarsız hesab edilsin, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həmin şəxslərin təsdiq edilməsi qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

05.02.2020-ci il

 

Azərbaycan.- 2020.- 6 fevral.- S.4.