Bəşəriyyəti dəyişdirəcək inqilab

 

Prezident yeni hədəfi müəyyənləşdirdi: 4-cü sənaye inqilabında Azərbaycan lider olmalıdır

 

"Biz bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı bu sözlər Davosdakı görüş zamanı xüsusi diqqət çəkdi.

Görüşdə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı. Sənədə əsasən forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi təsis ediləcək. O da vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Xatırladaq ki, hələ ötən il Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək bəyan etmişdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.

Bəs dördüncü sənaye inqilabı, ümumiyyətlə, sənaye inqilabları nədir? Bütün dünyanın diqqət mərkəzində olan bu prosesin əsas perspektivləri və təhlükəli xüsusiyyətləri nələrdir? Qarşıda bizi nə gözləyir?

 

Tarixdəki sənaye inqilabları

 

Neolit inqilabı eradan əvvəl XI-X minillikdə ibtidai insanların ilk dəfə oturaq həyata keçərək buğda və digər bitkiləri əkməyə, heyvanları əhlilləşdirməyə başlaması ilə baş verdi. Yəni insanın istehlakçı mövqeyindən həm də istehsalçı mövqeyinə keçməsi mühüm iqtisadi inqilab idi.

XVIII əsrin ortalarında suyu və buxarı istifadə edərək, istehsalı müəyyən qədər mexanikləşdirməklə birinci sənaye inqilabı baş verdi. Birinci sənaye inqilabının əsas mahiyyəti subuxar enerjisi ilə əl əməyinin mexanikləşdirilməsindən ibarət idi. Bu dövrün əsas ixtirası da məhz buxar maşınıdır. Bu inqilabın nəticəsində manufakturalar və fabriklər yarandı, toxuculuq sənayesi sürətlə inkişaf etdi, ilk mexaniki dəzgahlar ortaya çıxdı, enerji mənbəyi kimi odundaş kömürdən istifadə olundu. 1760-cı illərdə Böyük Britaniyada başlayan birinci sənaye inqilabı 1800-cü illərdə AvropaŞimali Amerikaya yayıldı.

İkinci sənaye inqilabı zamanı bəşəriyyət elektriklə tanış oldu. Elektrik enerjisinə bağlı texnologiyalardan istifadə hesabına baş verən bu inqilab kütləvi istehsalın yaradılmasına imkan verdi, istehlak bazarları formalaşdı. Kömürdən əlavə, əsas enerji mənbəyi karbohidrogen yanacağı oldu. Elektrik istehsalının təməl prinsipləri 1820-ci illərin sonu, 1830-cu illərin əvvəllərində Faradey tərəfindən kəşf olunmasına baxmayaraq, istehsal sahələrində 1870-ci ildən etibarən tətbiq edildi. Dinamo ilə hidravlik turbinin kommersiya məqsədli istehsalı və elektrik enerjisinin mexaniki istehsalı ikinci sənaye inqilabını başlatdı. Beləliklə, ikinci sənaye inqilabı polad, neftelektrik kimi yeni sənaye sahələrinin yaranması ilə xarakterizə edilir. Telefon, ampuldaxili yanma mühərriki ən önəmli ixtiralar hesab olunur.

Ötən əsrin ortalarında isə üçüncü sənaye inqilabı baş verdi: insanlar elektronikatexnologiya sayəsində istehsalı avtomatlaşdıra bildilər. Üçüncü sənaye inqilabı elektronikainformasiya texnologiyaları ətrafında inkişaf edib postsənaye və ya informasiya dünyası adlandırılan fenomeni doğurdu. "Rəqəmsal inqilabkimi də tanınan bu dövrdə kompüterinternet ixtira edildi. Beləliklə, 1970-ci illərdən XXI əsrin ilk onilliyinə qədər davam edən yeni sənaye inqilabı ərzində kompüterlərdən istifadə, smartfonların, internetin geniş yayılması istehsala böyük təsir etdi. Sənayenin qloballaşması da bu dövrdən başladı. Üçüncü sənaye inqilabı insan əməyindən az istifadə edilməsi və istehsalın avtomatlaşdırılması olaraq qəbul edilir.

 

"Bəşər” və "insansözünün tərifini dəyişəcək inqilab

 

Hazırda isə dünyada növbəti - dördüncü sənaye inqilabı baş verir. Dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab işlədib. Şvab öz kitabında yeni sənaye inqilabının potensialının böyük olduğunubu inqilabı bəşəriyyət üçün həm böyük şans, həm də görülməmiş təhlükə kimi qeyd edib.

Bəs üçüncü sənaye inqilabı ilə dördüncü arasındakı fərq nədən ibarətdir? Mütəxəssislər əsas fərqi texnologiyanın insan həyatına daha çox təsirində və onun daha sürətlə inkişaf etməsində görürlər. Nümunə kimi telefonu götürək: telefon 100 milyon istifadəçiyə 75 ildə çatdığı halda "İnstagrambunu 2 ildə, "Pokemon Go” isə sadəcə 1 ay ərzində həyata keçirdi. "3D Printingdördüncü sənaye inqilabı dövründə sürətlə inkişaf edən texnologiyaya dair başqa bir nümunədir.

Dördüncü sənaye inqilabında yerlərində ağıllı texnologiyaları tətbiq etməklə üçüncü inqilabın avtomatlaşdıra bilmədiyi bütün sahələr avtomatlaşdırıla bilər. Bu sənaye inqilabını fərqləndirən əsas cəhət onun sürəti, əhatə dairəsi və sistematik effektidir. O, istehsalın və idarəetmənin avtomatlaşdırılmış və robotlaşdırılmış vasitələrinə əsaslanır.

Bəs dördüncü sənaye inqilabına keçid reallaşıbmı? Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, 3D-printer, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin artması, elektrikli maşınların çoxalması, sürücüsüz nəqliyyat vasitələrinin yaradılması, genlərin redaktə edilməsi, insan bədəninə implantasiya edilmiş telefon, blokçeyn vasitəsilə verginin toplanması, nanotexnologiya, biotexnologiyas. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayışlar dördüncü sənaye inqilabının başladığını deməyə əsas verir.

Süni intellektsürücüsüz avtomobillər kimi texnoloji nailiyyətlər sayəsində texnologiya günbəgün həyatımıza, hətta bədənimizə də daha çox təsir edir.

Rəqəmsallaşmanı, texnologiyaların birləşməsini, fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirən dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrlə hələ qarşılaşmayıb. Bu inqilab miqyası, həcmi və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edilmişdi ki, dördüncü sənaye inqilabının mürəkkəbliyi, əhatə dairəsi və miqyası o qədər geniş olacaq ki, bəşəriyyətin yaşayış şəraiti, həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək. Bəzi alimlər hətta bu inqilabın "bəşər” və "insansözünün tərifini dəyişəcəyini iddia edirlər.

Dördüncü sənaye inqilabının əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Məsələn, yeni ağıllı cihazların tətbiqi ilə insanlar təbiət hadisələri haqda daha öncədən xəbər tutmaqla itkilərin qarşısını müəyyən qədər ala biləcəklər. İnsanların orta yaş həddi artacaqyeni texnologiyanın tətbiqi ilə əvvəllər çarəsi tapılmayan xəstəliklərin həlli mümkün olacaq. Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi ilə bütün istiqamətlərdə görünməmiş rəqəmsal inkişaf olacaq ki, bu da istehsaliqtisadiyyatda insan faktorunun rolunu azaldacaq. İtellekt adlandırılan dördüncü sənaye inqilabı bütün sahələrdə insanların rolunu minimuma endirəcək. Bu da əmək bazarında kütləvi işsizliyə səbəb olacaq. Texnologiyanın tətbiqindən əvvəl minlərlə işçiyə tələbi olan müəssisələr yeni texnologiyalar sayəsində bir neçə işçi ilə eyni həcmdə istehsal edə biləcəklər. İnsanların qabiliyyəti yalnız texnologiyanın tətbiqi ilə ölçüləcək. Bu isə o deməkdir ki, əmək bazarında tələbi texnoloji qabiliyyət formalaşdıracaq. Bəzi peşə və ixtisaslar, ümumiyyətlə, yoxa çıxacaq.

 

İnnovasiya, süni intellektrobot dövrü

 

Dünya İqtisadi Forumunun 2018-ci il hesabatına görə, 2020-ci ildə dünyada təxminən 4.7 milyon ofis işçisi, istehsalatda 1.6 milyon, tikintidə isə təxminən 500 min insan yerini itirəcək. Lakin eyni zamanda biznes və maliyyə sahəsində 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində isə 300 min yeni yeri yaranacaq. Robotlaşma təkcə insanların öz yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində: menecment, İT, robotlaşma, mühəndislik, elektroenergetika, marketinq və satışda yeni imkanların yaranması ilə müşayiət olunacaq.

Analitiklərin hesablamalarına əsasən, yeni texnologiyalar sayəsində məhsuldarlıq yaxın 4 il ərzində orta hesabla 30 faiz artacaq. "Tamamlama strategiyası” adlandırılan siyasət nəticəsində istehsalın avtomatlaşdırılmasını həyata keçirməyə hazırlaşan bir sıra kompaniya və şirkətlər sadəcə insanları robotlarla əvəz etməyəcəklər, məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldib, əməliyyatların bir hissəsini mexanizmlərə və alqoritmlərə keçirəcəklər. Böyük şirkətlərdə çalışan işçilərin 54 faizi peşəsini dəyişmək, bacarıq və səriştələrinin səviyyəsini artırmaq məcburiyyətində olacaq.

Dördüncü sənaye inqilabının digər bir problemi şəxsi məlumatların məxfiliyi və gizliliyi barədədir. Qida sənayesindən tutmuş banktoxuculuğa qədər şirkətlər öz müştəriləri haqda müxtəlif yollarla məlumatlar toplayırlar. Artıq istifadəçiləri də şirkətlərin onların şəxsi həyatı barədə bu qədər məlumatlı olması narahat edir. Mütəxəssislər indidən kvant kompüterlərinin tətbiqi ilə dünyada kiber təhlükəsizliyin qalmayacağını, internetdə istənilən şəxsi məlumatın təhlükə altında olacağı fikrindədirlər. İnsanların bütün fəaliyyəti kvant kompüteri olan şəxslər tərəfindən izlənilə bilər. Həmçinin yerlərində və cəmiyyətdə robot və texnologiyaların tətbiqi dünyada "xalq mədəniyyəti” anlayışının yox olması təhlükəsini qaçılmaz edir. Yeni texnologiyaların tətbiqi o qədər qorxulu ola bilər ki, hətta insanların öz ruhlarını və şəxsi keyfiyyətlərini itirməsi də mümkündür. Dördüncü sənaye inqilabı digər inqilablardan fərqli olaraq insanı gücləndirmək və inkişaf etdirmək yerinə, insanın özünün bir neçə sətir proqram kodu ilə əvəz edilməsi ilə nəticələnə bilər. Sadalanansadalanmayan problemlərə rəğmən, dördüncü sənaye inqilabının həyatımızı kəskin şəkildə dəyişməsi faktı danılmazdır. Əsas məsələ bu dəyişikliyin necə idarə olunmasıdır.

Dördüncü sənaye inqilabı müasir dövrün ən aktual mövzularından biridir. Bu, innovasiya, süni intellektrobotlar dövrü deməkdir. Bu gün dünya ölkələri "Sənaye 4.0” üzərində ciddi işlər aparırlar. Hazırkı dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək, yeni texnologiyalarla ayaqlaşmaq, geri qalmamaq, əhəmiyyətli inkişafa nail olmaq üçün bütün sahələrdə innovasiyaları tətbiq etmək və ölkədə innovasiya sistemini inkişaf etdirmək lazımdır. Bunun üçünsə "Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi və sayının çox olması vacibdir. Çünki ölkənin İT ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssisləri olmalıdır.

Prezident İlham Əliyevin də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dediyi kimi, Azərbaycan dördüncü sənaye inqilabında lider olmalıdır: "Ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli forumdur, bundan yuxarısı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdirbu bölgədə - Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaqdördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, bizlider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə, hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.-6 fevral.- S.1; 5.