Naxçıvanda sahibkarlarla görüş olub

 

Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: "Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan Ümummilli Lider Heydər Əliyev deyirdi ki, sahibkarlığın inkişafı yeni yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergiödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır. Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlmişdir. Yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür”.

Qeyd olunub ki, son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngülyeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılmış, istehlak mallarına olan tələbatın ödənilməsində sahibkarlıq müəssisələrinin çəkisi artmışdır. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada əhalinin əksər hissəsinin kəndlərdə yaşaması bu sahə üzrə sahibkarlığın inkişafını zərurətə çevirmişdir. Real vəziyyət nəzərə alınaraq kənd təsərrüfatının kompleks inkişafı təmin edilmiş, sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunmuşlar. Bu gün torpaq mülkiyyətçiləri və fermerlər güzəştli şərtlərlə texnika və avadanlıqlarla, kredit, subsidiya və gübrə ilə təmin edilirlər. Mütərəqqi suvarma sistemləri qurulur, istehsal olunan məhsulların daxili bazarda rahat satışı, ixracı və dövlət tərəfindən qəbulu həyata keçirilir.

Ali Məclisin Sədri deyib: "Ailə təsərrüfatları kiçikorta sahibkarlığın ilkin formasıdır. Ona görə də ötən il Naxçıvan Muxtar Respublikasında "Ailə təsərrüfatı ilielan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmiş, ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi artırılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Aydın məsələdir ki, dövlət maliyyə dəstəyi olmadan özəl sektorun inkişafı mümkün deyil. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əlçatan olması, xüsusilə də kreditlər üzrə düzgün biznes qiymətləndirilməsinin aparılması və aşağı faiz dərəcələrinin tətbiqi hər il yeni istehsal sahələrinin yaranmasına imkan verir. Ötən il muxtar respublikada sahibkarlara 29 milyon manatdan artıq kredit verilmiş, 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Artan turizm potensialı muxtar respublikada sahibkarlığın bu istiqamətdə də inkişafına təkan vermişdir. Bütün yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, yolların yenidən qurulması, sürətli internet təminatı, sabitlik, aparılan ekoloji tədbirlər, zəngin tarixi-mədəni irs turizm sahəsində sahibkarlıq fəaliyyətinə geniş imkanlar açmışdır”.

Ali Məclisin Sədri deyib: "İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə uğurludur. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşmüşdür. Muxtar respublikada şəffaf vergi sisteminin formalaşdırılması iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Xüsusilə vergi inzibatçılığına yol verilməməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və uçotun düzgün aparılmasının nəticəsidir ki, 2019-cu ildə büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşmışdır”.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aidiyyəti dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.

"2020-ci il muxtar respublikamızda "İxrac iliolduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir” fikirləri ilə tamamlayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası Vergilər Xidmətinin rəisi Azər Nağıyev, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Şirəliyev, bağçılıq təsərrüfatı ilə məşğul olan İsrafil Rəhimov görüşdə çıxış edərək əldə edilmiş uğurlardan danışıblar.

Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Ali Məclisin Sədri orden, medal və fəxri adları, eləcə də "Rəşadətli əməyə görə” nişanını təqdim edib.

Azərbaycan Respublikasının "Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunan Rahət Hacıyev, 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunan Arif Cəfərov və digər təltif olunanlar əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 12 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib.

Güzəştli kreditlə təmin olunanlardan Süleyman Yusifov minnətdarlıq edərək deyib ki, muxtar respublikada sahibkarlara qayğı göstərilir. Ali Məclis Sədrinin iştirakı ilə keçirilən görüşlər, verilən tövsiyə və tapşırıqlar fəaliyyətimizin genişləndirilməsinə, yeni istehsal sahələrinin və sahibkarlıq subyektlərinin yaradılmasına stimul verir.

Tədbirdə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olub.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxıb.

Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ixrac olunan məhsullara vergi güzəştlərinin tətbiq edilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və yerli xammalla işləyən müəssisələrin yaradılması, xidmət sahələrinin fəaliyyəti ilə bağlı Tədbirlər Planının hazırlanması, Naxçıvan Avtomobil Zavodu tərəfindən ehtiyat hissələri təminatı və texniki xidmətin təşkili barədə tapşırıqlar verib.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.5.