Dəyişən dünyada milli-mənəvi dəyərlər

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi "Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda "Qış məktəbi”ndə tələbələr üçün seminarlar təşkil edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "Qış məktəbi”ndə "Dəyişən dünyada milli-mənəvi dəyərlər” mövzusunda çıxış edərək bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. M.İsmayılov qeyd edib ki, dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. O, Azərbaycan xalqının minillər boyu adət-ənənələrinə sadiq qaldığını, bu dəyərlərin uzun illər əvvəl formalaşdığını vurğulayıb. İcraçı direktor nəzərə çatdırıb ki, dəyərlərimizi qorumaq milli kimliyimizi hifz etmək, onların təbliği mədəniyyətimizin təbliği deməkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Analitika şöbəsinin müdiri Rəşad İlyasov "Azərbaycanın multikulturalizm modelimövzusunda çıxış edib. R.İlyasov qeyd edib ki, multkulturalizm XX əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində meydana gələrək, spesifik multikulturalizm modellərinin ortaya çıxmasına səbəb olub. Dünya multikulturalizm modellərinin, əsasən miqrasiyaimmiqrantlar sayəsində formalaşdığını qeyd edən məruzəçi 12-ci yüz ildən etibarən başlayan prosesin indidavam etdiyini vurğulayıb. Bildirib ki, Kanada, Avstraliya, ABŞ, Fransa, İngiltərə, Almaniya, İsveçrə və digər ölkələrdə bu tendensiya özünü daha bariz şəkildə büruzə verir. Qeyd olunan modellərə paralel olaraq Azərbaycanın multikulturalizm modelinin tarixi daha qədimdir. Bu model özündə həm "avtaxton”, həm "allaxtonetnoslarını ehtiva edir.

R.İlyasov nəzərə çatdırıb ki, Azərbaycanda 35-dən çox etnik qrup mövcuddur. Təsadüfi deyildir ki, bu baxımdan Azərbaycan həm "etnoqrafiya muzeyiadlandırılır. Multikulturalizm elmi ədəbiyyatında "multikultural vətəndaşlıq "konstitusional vətəndaşlıqterminləri mövcuddur. Bu, birbaşa multikulturalizmin Azərbaycanda həyat tərzi dövlət siyasəti olması kontekstində açıqlana bilər. Azərbaycan multikulturalizminin ədəbi-bədii fəlsəfi-publisistik qaynaqları elmi şəkildə sübut edir ki, ölkəmizin multikulturalizm modeli burada məskunlaşmış etnosların birgəyaşayış mövcudluqlarını təmin edir.

Qəbələ rayonunda təşkil edilən "Din, mədəniyyət cəmiyyət-2” mövzusunda "Qış məktəbiziyarət seminarlarla davam edib.

Tələbələr Qəbələ Rayon Mərkəzi Məscidini ziyarət ediblər. Məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə 600 mömin ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində isə axund, dərs, kitabxana, mərasim, qadın kişilər üçün dəstəmaz otaqları digər köməkçi tikililər inşa olunub.

Tələbələr Soltannuxa Kənd Türbəsinə təşkil olunmuş ekskursiya zamanı ziyarətgah haqqında geniş məlumat əldə ediblər. Ziyarətçilərə məlumat verilib ki, türbənin 200 ilə yaxın tarixi var. Burada təxminən 179 il əvvəl "Şeşpəradlı din xadiminin yaşadığı, onun İslam dininə böyük xidmətlər göstərsə , əsər yazıb-yazmamasına dair məlumatın olmadığı diqqətə çatdırılıb.

Daha sonra tələbələr MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin təqdimatında "Azərbaycanda xanəgahlarmövzusunda məruzəni dinləyiblər. Azərbaycan ərazisində islam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu, IX əsrin əvvəllərindən başlandığını vurğulayan F.Xəlilli Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, həmçinin çağdaş dünya arxeologiyası barədə tələbələrin dərin biliklərə yiyələnməsinin vacib olduğunu tövsiyə edib. O həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri maddi-mədəni irsimizin qorunmasıdır. F.Xəlilli Qəbələ ərazisində yerləşən abidələrimiz haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, "Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmasına çalışmaqdır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.8.