Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 29 yanvar və 30 yanvar 2020-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda daha sonra Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərlə bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə alınmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, namizədə verilmiş vəsiqə etibarsız hesab olunub.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.1.