AMEA-da əməkdaşların sağlamlığının mühafizəsi ən ümdə vəzifələrdən biridir

 

Bütün sahələrdə davamlı inkişaf, dinamik uğurlar əldə edən respublikamiz tarixinin yüksəliş dövrünü yaşamaqdadır. Uğurlarımızın baş memarı olan Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi, düşünülmüş daxilixarici siyasi kursu ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu, həyata keçirilən islahatlarda daha qabarıq şəkildə özünü büruzə verməkdədir.

Bu da bir faktdır ki, islahatların əsas məqsədini vətəndaşların rifahının daha da yaxşılaşdırılması təşkil edir. Ölkənin hər bir vətəndaşı həyata keçirilən sosialyönümlü islahatların bəhrəsini öz üzərində hiss etməkdədir. İslahatların əsas məqsədlərindən birini də dövlətin bütün sferalarında, idarə və müəssisələrdə stimullaşdırıcı inkişaf mexanizmlərinin uğurlu tətbiqi, yeni islahatlara cavab vermək təşəbbüsləri təşkil edir. Bu baxımdan, elmimizin bayraqdarı, ziyalı mühitimizin ocağı sayılan Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə yeni ciddi məqsəd və vəzifələr düşür. Cənab Prezidentin müasir tələblərə cavab verən çağırışları AMEA rəhbərliyi, kollektivi tərəfindən də tam olaraq dəstəklənir. Bu məqsədlə akademiyanın ümumi fəaliyyətində yeni prinsipləri, tendensiyalar işlənib hazırlanıb. AMEA prezidenti akademik Ramiz Mehdiyevin rəhbərliyi və təşəbbüsü ilə akademiyada yenilənmə, kadrstruktur islahatları, əməkdaşların fəaliyyətininin stimullaşdırılmasına xidmət edən yeni fəaliyyət proqramı hazırlanaraq həyata keçirilməkdədir. Akademik Ramiz Mehdiyev əməkdaşların sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərir və bu məsələni AMEA-nın bütün strukturları üçün prioritet tələb kimi qoyub. Bu baxımdan, AMEA Azad Həmkarlar İttifaqının üzərinə də xüsusi bir məsuliyyət düşür. Belə ki, çoxminlik akademiya kollektivinin sosial problemlərinin həlli, korporativ fəaliyyətlərinin təşkili daha çox Həmkarlar İttifaqının fəaliyyət çevrəsinə aid olan məsələlərdəndir.

Əməkdaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tələb və prinsipinə uyğun olaraq, AMEA Həmkarlar İttifaqı bir sıra uğurlu tədbirlər həyata keçirib. Xüsusən də əməkdaşların böyük əksəriyyətinin yaşlı insanlar olmasını, keçici virusların qış fəslində daha da aktivləşdiyini nəzərə alaraq 2020-ci ilin yanvar ayında Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın aparıcı klinikalarından olan Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi və "MedEra” hospitalının tibbi personalı akademiyaya dəvət edilib və yüksəkixtisaslı həkimlər qrupu yüzlərlə əməkdaşı təmənnasız tibbi müayinədən keçiriblər. Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimləri akademiya Şəhərciyinin həyətində səyyar avtobus-klinikasında ən müasir tibbi avadanlıqlardan istifadə etməklə əməkdaşların gözlərini müayinə ediblər. Bundan bir-neçə gün sonra isə "MedEra” hospitalının həkim personalı yenə də ən müasir tibbi avadanlıqları ilə əməkdaşların nevroloji, terapevtikkardioloji müayinəsini həyata keçiriblər. Bu sosialyönümlü aksiyanın keçirilməsinə səbəb olan digər önəmli bir amil isə Çində yaranan və dünyanın onlarla ölkəsinə ayaq açan, 25 minə yaxın insanın yoluxduğu, yüzlərlə insanın həyatını itirdiyi "koronavirusvirusu ilə bağlıdır. Bu virus respublikamız üçün real təhlükə yaratmasa da, önləyici tədbirlərin həyata keçirilməsi vacibdir. Bu virusun nə dərəcədə ciddi və təhlükəli olduğunu nəzərə alaraq Prezident İlham Əliyev aidiyyəti təşkilatlara müvafiq tədbirlərin görülməsi üçün xüsusi tapşırıqlar verib. Bunu nəzərə alan AMEA Azad Həmkarlar İttifaqının internet saytının "Əməyin Texniki Təhlükəsizliyi və Sağlamlıq” bölməsində virusla bağlı geniş məlumat yerləşdirilib. Burada "koronavirusun əlamətləri, yaranması və yayılması şəraiti, ilkin yardımın göstərilməsi, xəstəliyin məhdudlaşdırılması və sairə ilə bağlı geniş mütəxəssis rəyi və məlumatlar yer alıb.

Eyni zamanda AMEA-nın bütün həmkarlar təşkilatlarının sədrlərinə virusla bağlı yazılı məlumatlar göndərilib, əməkdaşlar arasında maarifləndirici tədbirlərin həyata keçirilməsinə tövsiyə və göstərişlər verilib. Artıq AMEA Azad Həmkarlar İttifaqının Təşkilatçılığı ilə RiyaziyyatMexanika, Fizika, Coğrafiya, Aşqarlar Kimyası İnstitutlarında, Respublika Seysmoloji Xidmət Mərkəzində "koronavirusla bağlı maarifləndirici tədbirlər keçirilib və ərazilər üzrə GigiyenaEpidemologiya Mərkəzlərinin dəvət olunmuş epidemoloqları koronavirus və ondan qorunma yolları haqqında tədbir iştirakçılarına məlumatlar veriblər.

Ümumiyyətlə, əməkdaşların sağlamlığının diqqət mərkəzində saxlanılması hər zaman AMEA Azad Həmkarlar İttifaqının fəaliyyətində əsas prioritet istiqamət təşkil edib. Hər il yüzlərlə akademiya əməkdaşı pulsuz tibbi müayinəyə cəlb edilir. Akademiya əməkdaşları müalicə, istirahət məqsədilə respublikanın aparıcı sanatoriya, kurort mərkəzlərinə göndərilir. AMEA Həmkarlar İttifaqı əməkdaşlarının səhhəti, sağlamlığı, asudə vaxtlarının təşkili, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində öz fəaliyyətini günün tələbləri səviyyəsində qururbu məsələləri daim diqqət mərkəzində saxlayır. Bu da ölkədə həyata keçirilən sosial siyasətə, əməkdaşların fəaliyyətlərinin daha da stimullaşdırılmasına öz töhfəsini verir.

 

Habil QURBANOV,

AMEA Azad Həmkarlar İttifaqının sədri,

hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.6.