Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı
ziyarət olunub
Fevralın 7-də Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum
günü münasibətilə anım mərasimi
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə
ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra hərbi
qulluqçular Mübariz İbrahimovun məzarını ziyarət
edərək önünə gül dəstələri
qoyublar.
Tədbirdə
çıxış edənlər Milli Qəhrəmanın həyat
yolundan danışıb, onun göstərdiyi şücaət
və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki,
Mübariz qısa ömür yaşasa da, canını Vətən
yolunda fəda etməsi ilə özündən sonra gələn
gənclərə örnək olacaq şanlı bir yol və
ad-san qoyub gedib.
Azərbaycan.-
2020.- 8 fevral.- S.8.