Azərbaycan dövləti seçkilərin ədalətli
və demokratik keçirilməsi üçün hər cür
şərait yaratmışdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulandı, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirildi.
Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə etdi.
Söhbət
zamanı ölkəmizdə keçirilən parlament
seçkilərinin Azərbaycanda bütün
sahələri əhatə edən genişmiqyaslı islahatların
tərkib hissəsi olduğu qeyd edildi, Azərbaycan
dövləti tərəfindən bu
seçkilərin ədalətli və demokratik
şəraitdə keçirilməsi üçün
hər cür şəraitin
yaradıldığı vurğulandı.
Azərbaycan.-
2020.- 11 fevral.- S.2.