Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə sabitlik və demokratiya şəraitində keçirilmiş seçkilərdə Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının qazandığı qələbə münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasiiqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.

Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülhdaimi inkişaf arzulayıram.

Hörmətlə,

 

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2020.- 13 fevral.- S.5.