Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1820; 2017, ¹ 5, maddə 821, ¹ 11, maddə 2006; 2018, ¹ 2, maddə 181, ¹ 5, maddə 920, ¹ 6, maddə 1196, ¹ 9, maddə 1825; 2019, ¹ 1, maddə 59, ¹ 2, maddə 218, ¹ 5, maddə 837) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.2-ci bənddən "mənzillərin əvəzləşdirilməsi halları istisna olmaqla,” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.3-cü 2.4-cü bəndləri ləğv edilsin.

2. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 183, ¹ 6, maddə 1196) 5.3-cü bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2020-ci il

 

Azərbaycan.- 2020.- 14 fevral.- S.1.