Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə fevralın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 31 yanvar və 1 fevral 2020-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının 9 fevral Milli Məclisə seçkilərdə qurumun tərkibində təmsil olunan beynəlxalq müşahidəçinin akkreditasiyasının ləğvi ilə bağlı MSK-ya ünvanladığı müraciətə baxılıb, müraciət təmin edilərək beynəlxalq müşahidəçinin akkreditasiyası ləğv olunubona verilən lövhəcik etibarsız hesab edilib.

İclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən MSK-ya ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Daxil olmuş digər müraciətlər də Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2020.- 14 fevral.- S.3.