Onlar həvəslə fəaliyyət göstərirlər

 

2020-ci il "Könüllülər ili"dir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli kitabxana filialı şəhid Əvəz Paşayev adına Mədəniyyət evi ilə birgə gənc könüllülərlə görüş təşkil edib. Tədbir Sabunçu rayonunda fəaliyyət göstərən 4 saylı Bakı "Asan xidmət” mərkəzində keçirilib.

Filialın müdiri Vəsilə Məmmədli bildirib ki, Azərbaycan Prezidentinin 2019-cu il 30 dekabr tarixli sərəncamı ilə 2020-ci il "Könüllülər ilielan edilib: "Könüllüsözü XVII əsrdə Avropada meydana gəlib. O, könüllü əsgərlərə şamil olunub. Könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyinin ilk illərindən başlayaraq, ölkənin hərtərəfli və davamlı inkişafı məqsədilə dövlət, özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb.

Dünyada bu hərəkat get-gedə genişlənir. Hər 10 ildə 10 min könüllü artır. Azərbaycanda isə "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” digər mötəbər irimiqyaslı beynəlxalq tədbirlərə on minlərlə könüllü cəlb olunub.

Mədəniyyət evinin müdiri Kərim Kərimov çıxışında qeyd edib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm idman sahələrində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar: "Parlaq gələcəyimizin təminatçısı olan gənclər Azərbaycanın sürətli inkişafı naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar. Doğma Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda mübarizədə onlara qələbələr qazanmağı gənclik həvəsi ilə bundan sonra da vətənə ləyaqətlə xidmət etməyi arzu edirəm”.

Gənc istedad Mirsahil Məmmədli mahnılar ifa edib. Sonda gənc könüllülərə filialdan kitablar hədiyyə olunub.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 20 fevral.- S.10.