Nəsildən gələn fitrət

 

İstedad

 

"Şəfəq” qəzetinin əməkdaşı Məzahir Məmmədovla söhbətimizin birində mənə fitri istedad sahibi olan bir qızdan söz açmışdı. Dəfələrlə Qubaya səfərim olsa da, onun dediyi xanımın barəsində məlumatım şifahi olaraq qalırdı.

Bu günlərdə Məzahir müəllimlə birlikdə gənc qubalı istedadı daha yaxından tanımaq mənə də nəsib oldu.

Bir tarixi xatırlasaq yerinə düşər. "Qızıl Quba” ("Şəfəqqəzetinin əvvəlki adı) qəzetinin 7 iyun 1959-cu il tarixli sayında dərc olunmuş "Gənc istedadbaşlıqlı məqalə hələ o vaxt çoxlarının marağına səbəb olmuşdu. Həmin yazıda Ələsgər Qadaşov adlı bir məktəblinin fitri istedadından, onun qubalı şair Yusif Həsənbəyin sözlərinə bəstələdiyi "Var səninmahnısını necə gözəl ifa etməsindən tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmasından bəhs edilirdi.

O vaxtdan illər ötsə , həmin saralmış qəzet parçası hələ ailə tərəfindən qorunub-saxlanır. Belə ki, musiqiçinin qardaşı qızı Günəş Hacıbalayeva bu ənənəni uğurla davam etdirir, fortepiano müəllimi Solmaz Bədəlovanın etimadını hər vəchlə doğrultmağa çalışır, Azərbaycan dünya bəstəkarlarının əsərlərini həvəslə öyrənir.

Hazırda o, Quba İncəsənət Məktəbinin VI sinfində oxuyur. Günəş bu illər ərzində bir çox respublika rayon səviyyəli müsabiqələrdə iştirak edib. Ən yaddaqalanı isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta Musiqi Məktəbində bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Pianoçuların V Respublika Elmi-İfaçılıq müsabiqəsiolub. Müsabiqədə çıxış edən Günəşin Q.Qarayevin "Altı uşaq pyesisilsiləsindən "Fikirli”, "Oyun”, eləcə , İ.S.Baxın, Y.Haydın, P.Çaykovskinin, A. Bartenin əsərlərini fortepianoda xüsusi peşəkarlıqla ifa etməsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Elə bu nailiyyətinə görə balaca istedad sahibi həvəsləndirici fəxri fərmanla təltif olunub. Eyni zamanda, Günəş Qubada qonşu rayonlarda keçirilən müsabiqələrdə iştirak edərək uğurlu nəticələr əldə edib.

Məzahir Məmmədov bizimlə söhbətində bildirdi ki, Günəş təhsil aldığı şəhid Hikmət Hüseynov adına şəhər 4 saylı tam orta məktəbdə dərslərə çalışqanlığı ilə seçilir. Müəllimlər ondan çox razıdırlar. Onun musiqi istedadı təhsilində özünü büruzə verir. Dərs əlaçısı olan Günəş VI sinifdə oxumasına baxmayaraq, məktəbin ictimai həyatında yaxından iştirak edir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 20 fevral.- S.10.