SƏBRİN HÜDUDU VARMI, ALLAHIM?!

Allah birdir - hərə öz dilində ona dua edir, ondan imdad diləyir!

Allah birdir - dinlər müxtəlif olsalar da!

Biz Allahın birliyinə, böyüklüyünə inanmışıq, onu qəbul etmişik!

Heç zaman Allahı bütlərdə, Yer üzündə axtarmırıq.

Oda sitayiş etməyi əsrlərdir ki, tərgitmişik!

Bütün dinlərə hörmətlə yanaşırıq - bir olan Allahın xatirinə!

Bütün dini məbədləri müqəddəs tuturuq - hamısını Allahın evi saydığımıza görə!

Tanrının qoyduğu yoldan çıxmamağa çalışırıq (söhbət bütövlükdə millət haqqında gedir) - yolun müqəddəsliyini dərk etdiyimizə Allahımızın qəzəbindən qorxduğumuza görə!

Həmişə səni hörmət məhəbbətlə anırıq, böyük Yaradanımız!

Ucalığına, həm ədalətinə görə!

Həm inanırıq ki, ən qudurğan ədalətsizi cilovlamaq cəzalandırmaq qüdrətindəsən!

İstər tiran olsun, istər dövlət, istərsə yolunu azmış millət!

Bəs nəyi gözləyirsən, uca Tanrım?!

Səbrin hüdudu olurmu, Allahım?!

Səbir zaman tükənmiş sayılır, İlahi?!

Səbrin tükənməsi üçün daha nələr baş verməlidir, ay bizi Yaradan?!

Biz bəndəyik, kiçiyik, yəqin ki, səbrimiz kiçik olmalıdır!

Amma düşmənimiz hiyləgər, arxası möhkəm güclü olduğundan ona hələlik gücümüz çatmır!

Səbirli olduğumuza görə dözürük!

Gücümüz çatmadığı üçün səbir edirik!

Həm səbir etməyə məcburuq!

Sənsə hamıdan güclüsən!

Sən niyə bu qədər səbir eləyirsən?!

Səbrin özün boydadırsa, onda vay bizim halımıza!

Demirik gəl bizim yerimizə müharibə et!

Əstəğfürullah!

Axı hər şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır!

Səbir əbədi ola bilməz!

Meşəlidə, Cəmillidə, Qaradağlıda, Bağanis-Ayrımda dolmayan səbir kasası niyə Xocalıda daşmadı!

20 min şəhid azdımı?

32 ildir qurban verə-verə gedirik, kifayət deyilmi?!

7 rayon qurban getdi...

Hələ səbir edirsən...

Biz sənin kimi...

Milyondan çox qoca, qadın, uşaq evsiz-eşiksiz qalaraq düzlərə töküldü, çadır şəhərciklərində məskunlaşdı...

Normal insanların yaşaya bilməyəcəyi şəraitdə yaşamalı oldu...

yeməyə çörək tapdı, işləməyə ...

Qışda soyuqdan, yayda istidən əziyyət çəkdi...

Dözdü... çünki başqa çarəsi yox idi!

Nəydi onların günahı, ALLAHIM!

Axı içlərində minlərlə uşaq, dil açmamış körpə, sənin varlığını dərk edəcək yaşa çatmayanları da vardı!

Onlar hansı günaha bata bilərdilər, necə günah tutardılar ki, belə zillətə düşdülər?!

Erməninin xoşu gələn torpaqda, göz dikdiyi ərazidə yaşamaq günah sayılırmı?!

Axı o torpağı, o vətəni onlara sən qismət etmişdin?!**

Biz sənin ətəyini necə buraxa bilərik?

Yapışmağa başqa ətək yoxdur!

Biz səndən necə ümidimizi üzə bilərik?

Ümidsiz yaşamaq çətindir, bəlkə mümkün deyil!

Sənə necə güvənməyə bilərik?

Sovet hökuməti yetmiş il ərzində səni danmağa çağırdı, amma faydası olmadı!

Ürəyimizin dərinliyində qoruyub saxladıq səni!

Niyə bizi yiyəsiz qoymusan?

Niyə zalımın zülmünün əvəzini vermirsən?

Niyə bu qədər səbirli dözümlüsən?

Axı yaratdıqlarının ömrü onlara sənin qədər səbirli olmaq imkanı vermir!

Axı vətənə qayıtmaq həsrətilə yaşayanların sayı ilbəil yox, günbəgün azalır!

Axı əmanət qəbirlərin sayı aybaay artır, çoxalır!

Daha səbir etməyə əcəl macal vermir!

Bəlkə səbrini rəhmlə əvəz edəsən?

Bəlkə düşmənin burnunu ovasan?

Bəlkə düşmənin arxasında duranları yerlə-yeksan edəsən?

Axı qaçqın da insandır!

Axı onu da sən yaratmısan!

Lap adını "məcburi köçkünqoysaq da!

Lap adını "miqrantqoysaq da!

Axı yaratdıqlarının hamısının insan kimi yaşamağa haqqı var!

Hamının müqəddəs bildiyi Kəbə evi bizim payımıza düşüb!

Dünyanın sonuncu, tarixi şəxsiyyət kimi seçdiyin peyğəmbəri bizə sən qismət etmisən!

Dinlərin cavanı, inkişafda olanı islam sayılır!

Di gəl ki, ona "terror dinidamğası vururlar, "terrorçudeyiləndə barmaqla saqqallı müsəlmanı göstərirlər!

Göydə sənin etmədiyin ayrı-seçkiliyi yerdəkilər artıq ənənəyə çeviriblər!

"Ərəb baharı”, "demokratiyaarzusu ölkələri viranə qoydu!

Qeyri-islamçıların maliyyəsi silahı ilə islam bayrağı altında müsəlman qırğınları törədənlərin vəhşiliyi qəddarlığı heç bir əndazəyə sığmır!

Çörək dalınca düşmən qapısına gedənləri dənizlərdə boğur, tikanlı məftillərlə yollarını kəsir, itlərlə qarşılayır, sığınacaqlarına od vururlar!

Hamının sığınacaq axtardığı "Allah evlərivaxtaşırı partladılır, ibadətə gələnlərin qanına bulaşır!

Bu evləri kim qorumalıdır?!

Allahın adı ilə Allahsızlıq edənləri kim cəzalandırmalıdır?!

Dinlərarası ayrı-seçkiliyə kim son qoymalıdır!

Bu sualların cavabını kimdən öyrənək, Allahım?!

Ay sənə qurban olum!

BƏNDƏN KİMİ DAİM İTAƏTİNDƏYİK:

* yoluna həmişə sadiqik;

* məscidlərin qapıları hamının üzünə açıqdır;

* bütün dindarların öz məbədləri, ibadətgahları var;

* hər il minlərlə adam Həcc ziyarətinə gedir;

* fəaliyyətdə olan məscidlərin sayı 2 mini keçib;

* qoşa minarəli yeni, möhtəşəm Bibiheybət məscidi tikildi;

* dörd minarəli, əzəmətli Heydər məscidi inşa edildi;

* XV əsrdən qalan Şamaxı məscidi təmir olunaraq yenidən fəaliyyətə başladı;

* hər il dövlət başçısının rəhbərliyi, bütün dinlərin nümayəndələrinin iştirakı ilə

Ramazan süfrəsi verilir;

* dövlətimiz xəstələrə, yetim-yesirə, imkansıza daim arxa durur!

Daha edək ki, sənə xoş gəlsin, bizə rəhm edəsən, torpaqlarımızı qaytarmağa kömək göstərəsən, ALLAHIM?!

Bu minnət deyil, ALLAHIM, bu yalvarışdır!

Bu, etiraz deyil, səbri tükənməkdə olan bəndənin fəryadıdır, Allahım!

Bu, ədalətsizlikdən cana doyan insanların ədalət hayqırtısıdır, Allahım!

Bu, torpağı əsir alınaraq ölümə məhkum edilən xalqın sənə xitabı, səndən kömək ummasıdır!

Həm də sənin böyüklüyünə və ədalətinə bir daha sığınmasıdır...

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 22 fevral.- S.1;6.