Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

 

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın İtaliyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olundu.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi birinci xanım Mehriban Əliyevanı yola saldılar.

 

Azərbaycan.-2020.- 22 fevral.- S.4.