Maliyyə-bank sektorunda inkişaf potensiallı sistem formalaşır

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət çərçivəsində son üç ildə aparılan institusional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib.

Nəticədə ötən il bank sektorunun kredit portfeli genişlənmiş, mənfəəti, aktiv əmanətləri, balans kapitalı artmış, xarici borcu azalmışdır. Bank sektorunun xalis mənfəəti son bir ildə daha iki dəfə artmış, dollarlaşma kreditlərdə 38 faizdən 35, fiziki şəxslərin əmanətlərində isə 63 faizdən 54 faizə enmişdir.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ötən il manatın dövriyyə sürəti 6 faiz azalmışdır: "Əgər pul kütləsi artırsa, pulun dövriyyə sürəti azalmalıdır ki, tarazlığı təmin olunsun. Samuelson Fridman belə bir mülahizə irəli sürmüşlər ki, uzunmüddətli dönəmdə pulun dövriyyə sürəti real gəlirin artımı həddində aşağı düşməklə tənzimləyici təsir göstərir.

Azərbaycanda pul tədavülü qanununun bu tələbi qorunmuşdur. Əks halda ÜDM-in artımı şəraitində inflyasiya sürətlənə bilərdi”.

Ötən il real sektora yönəldilən kreditlərin sahələr üzrə xüsusi çəkisində ev təsərrüfatları, ticarət ictimai iaşənin önə çıxdığını deyən icraçı direktor bu iki sahəyə ayrılan kreditin həcminin ümumi kredit portfelinin 60 faizini təşkil etdiyini nəzərə çatdırır: "Xüsusən ev təsərrüfatlarına ayrılan kreditlər ilk dəfə olaraq portfelin yarısına yaxınlaşır. Nəzərə alanda ki, 2019-cu ildə əhalinin nominal gəlirləri 7,4 faiz artıb, onda tələbin sürətlə artmasının şahidi olarıq. Tələbin sürətlə artması fonunda qeyri-neft iqtisadiyyatı da uyğun artım tempi göstərməlidir ki, idxal sürətlənməsin”.

Kredit portfelinin miqyası strukturunun səmərəliliyindən danışan V.Qasımlı deyir: "Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə bu göstərici 130, o cümlədən Avropa Mərkəzi Asiya üzrə 91 Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Amma unutmayaq ki, xaricdə kredit qoyuluşlarından əlavə, həm qiymətli kağızlar bazarından sərmayə cəlb olunur. Deməli, Prezidentin vurğuladığı kimi, Azərbaycanda kredit portfelinin böyüməsi maliyyə dərinliyinin artması üçün geniş imkanlar var”.

Məlumdur ki, Azərbaycanda kredit faizlərinin aşağı salınması daha sağlam kredit ekosisteminin qurulması üçün qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunmuşdur. Onlardan biri daşınan əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılmasıdır ki, bu da daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almalarına imkan yaradır. İkincisi, dünyada uğurla sınaqdan çıxmış kredit zəmanəti mexanizminin yaradılmasıdır. Üçüncü mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, bu da ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. V.Qasımlı qeyd edir ki, bu üç mexanizmin funksionallığının daha da artırılması zəruridir.

Müəllif həmçinin vurğulayır ki, Azərbaycanda bankların depozit bazasından asılılığı yüksək səviyyədədir: "Bu asılılığın azaldılması diversifikasiya kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir. Ötən il bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşmüşdür. Halbuki 2016-cı ildə həmin göstərici 57 manat civarında olmuşdur. Göründüyü kimi, son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artmışdır. Bu vəziyyət bankların bir mənbədən - depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik ümumilikdə 25 milyard manatlıq depozitlərin 55 faizi tələb olunanadəkdir. Halbuki bankların manatla verdiyi kreditlərin 83, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Buna görə bankların alternativ mənbələrdən, o cümlədən xarici bazarlardan Mərkəzi Bankın yenidən maliyyələşmə resurslarından istifadəsinin genişlənməsi lazımdır”.

Məlum olduğu kimi, kreditin "maya dəyəri”nə oturan digər maddə əməliyyat xərcləridir. Bu sıraya işçilərin filialların saxlanılması, kredit qərarının verilməsi ilə bağlı s. xərclər daxildir. V.Qasımlı bildirir ki, banklarda maliyyə texnologiyaları institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla, həmçinin ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə nəzərdən keçirilə bilər: "Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi olsa, qeyri-bərabər paylanıb bahalıdır. Odur ki, bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir”.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafından danışan V.Qasımlı deyir ki, keçən il Bakı Fond Birjasının illik ticarət dövriyyəsi üzrə ümumi əqdlərin dəyəri 14 milyard manat ya ÜDM-in 17 faizi həcmində olub: "Azərbaycanda Bafet indikatorunun (qiymətli kağızlar bazarının həcminin ÜDM-ə nisbətini bəzən məşhur milyarder Uorren Bafetin şərəfinə Bafet indikatoru da adlandırırlar) 50 faizdən az olması onu göstərir ki, bizim qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün geniş imkanlarımız var. Hərçənd Azərbaycanın maliyyə bazarında, Avropada olduğu kimi, aparıcı institutlar banklardır. Hazırda bizim qiymətli kağızlar bazarının 80 faizdən çoxu dövlətin qiymətli kağızlarıdır. Bundan əlavə, Azərbaycanda indi yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla dünyanın orta göstəricisini (25 faiz), habelə Avropa Mərkəzi Asiya ölkələrini (24 faiz) bütün postsovet dövlətlərini geridə qoymuşdur. Göründüyü kimi, yığımın qiymətli kağızlar bazarı üzərindən iqtisadiyyatın real sektoruna cəlb edilməsi imkanlarımız böyükdür. Amma bunun üçün Azərbaycanda investisiya şirkətləri, investisiya fondları, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları, dilerlər beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlar bazarında aktivliyi artmalıdır”.

Kiçik orta biznesin (KOB) maliyyələşməsinin əhəmiyyətindən söhbət açan V.Qasımlı deyir ki, hazırda dünyada biznesin 90 faizini yerlərinin 50 faizini KOB-lar təmin edir. İnkişaf edən ölkələrin iqtisadiyyatının isə 40 faizi KOB-lara aiddir. Dünyada 2030-cu ilə qədər yaranacaq 600 milyon yeri ehtiyacının əsasən KOB-lar tərəfindən ödəniləcəyi gözlənilir. Prezident İlham Əliyev dünyadakı bu trendə uyğun olaraq, Azərbaycanda KOB-ların inkişafını prioritet kimi elan etmişdir. Dünya Bankının hesablamalarına görə, bütün dünyada KOB-ların əsas çətinliyi maliyyəyə çıxışdır. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin dəstək verdiyi OECD-nin hazırladığı "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsitədqiqatını 2018-ci ildə Parisdə müzakirə etmişdir. Bu tədqiqatda Azərbaycanda KOB-un maliyyələşdirilməsi sahəsində maraqlı nəticələr tövsiyələr əldə olunmuşdur.

"Xarici maliyyələşdirmə KOB-lar üçün əməliyyatlarını genişləndirməyə, avadanlıqlarını modernləşdirməyə yeni bazarlara çıxışlarına imkan verən vacib resursdur. Lakin yüksək riskli profillər və məhdud kredit tarixçələrinin olması səbəbindən KOB-lar tez-tez ciddi girov tələbləri və yüksək faiz dərəcələri ilə üzləşirlər ki, bu da onlar üzərində kredit məhdudiyyətinin qoyulmasına səbəb olur”, - deyən icraçı direktorun sözlərinə görə, bank kreditləri KOB-lar üçün ən geniş yayılmış xarici maliyyələşmə üsulu olsa da, bir sıra alternativ maliyyələşdirmə alətləri (aktivlərə əsaslanan maliyyələşdirmə, səhmdar kapitalının maliyyələşdirilməsi, alternativ borc alətləri və s.) də mövcuddur.

KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni yaranmasına baxmayaraq, KOB-un inkişafı istiqamətində çox işlər görür. Bu baxımdan Azərbaycanda kiçikorta biznesin inkişafı fondlarının fəaliyyəti xüsusi qeyd edilməlidir. Həmin fondların məqsədi KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerlixarici investisiyaların cəlb olunmasıdır. Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kreditİnkişaf Agentliyi, İnnovasiyalar Agentliyi və EnterpriseAzerbaijan.com da KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək verirlər.

Bütün bunlara diqqət çəkən V.Qasımlı vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin maliyyə-bank sektorunda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, inkişaf potensiallı sistem formalaşır.

 

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 22 fevral.- S.11.