Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub

 

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

 

Fevralın 22-də Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd etdi. Bildirdi ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Prezident İlham Əliyev ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı.

Dövlətimizin başçısı ölkəmizdə etnikdini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağını vurğuladı.

Kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirdi. O, Papa II İohan Pavelin Papa Fransiskin Azərbaycana səfərlərini xatırlatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar, xristianlar yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğuladı. Pietro Parolin Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verməsini təqdir etdiyini bildirdi. O, həmçinin Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdı, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirdi. Dövlətimizin başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini dedi münaqişənin beynəlxalq hüququn norma prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycanın regiondakı rolu qonşu ölkələrlə münasibətləri müsbət qiymətləndirildi.

Sonra kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Kardinal Pietro Parolin Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf hissi keçirdiyini bildirdi.

 

Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

 

-Kardinal həzrətləri.

 

Məni Müqəddəs Taxt-Tacın yüksək ordeni ilə təltif etdiyinizə görə sizə Zati-müqəddəsləri Roma Papası Fransiskə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəfdir.

Mən bu ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirirəm. Çox şadam ki, bu münasibətlərin möhkəmlənməsində mənim töhfəm var. Səmərəli əməkdaşlığın qurulmasında əməyi olan hər bir insana, Vatikanda olan bütün dostlarıma, xüsusilə kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm.

Bir daha yüksək təltifə, göstərdiyiniz qonaqpərvərliyə səmimiyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Kardinal Pietro Parolin: Sağ olun Zati-aliləri. Mən şəxsən öz tərəfimdən bu jesti bizim artıq uzun illər ərzində aramızda təşəkkül tapmış bu münasibətlərin təzahürü kimi görürəm. Hesab edirəm ki, gələcəkdə ikitərəfli qaydada demək olar ki, bütün sahələrdə xüsusən mədəniyyət sahəsində Müqəddəs Taxt-Tacla Sizin ölkəniz arasındakı əlaqələri daha da dərinləşdirəcəyik. Şəxsən Sizi, Sizin həyat yoldaşınızı bütövlükdə ölkənizi səmimi qəlbdən təbrik edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, təşəkkür edirəm.

Qeyd edək ki, IX Piy Ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaçdövlət başçılarına yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç Kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

 

Azərbaycan.-2020.- 23 fevral.- S.1-2.