Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya

 

Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizidost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2020-ci il.

Azərbaycan.-2020.- 23 fevral.- S.3.