Azərbaycanın bugününü heç bir dövrlə müqayisə etmək olmaz

 

Prezident İlham Əliyevin müstəqil siyasətinin təməlində konkret , real inkişaf, əməl dayanır

 

"İndiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Bizbunu qiymətləndirməliyik”. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevriən Prezident İlham Əliyev ölkənin son 16 illik fəaliyyətini dəyərləndirərkən bu fikirləri səsləndirib.

Ən islahatçı Prezident bəyan edib ki, IV Dövlət Proqramının birinci ilidaxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqın çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir. Ancaq dövlət başçısı hesab edir ki, daha qüdrətli dövlətə çevrilmək üçün əldə edilən uğurlarla kifayətlənmək olmaz.

 

Ötən il regionların sosial-iqtisadi inkişafına 8,2 milyard manat vəsait yönəldilib

 

Hazırda paytaxt Bakı ilə yanaşı, regionların da inkişafı xüsusi diqqət mərkəzindədir. Son illərdə regional inkişafla bağlı icra olunan üç dövlət proqramı hazırda icrası davam edən 4-cü proqram bölgələrin simasını büsbütün dəyişdirib. Məhz bu dövlət proqramlarının icrası ilə son 16 ildə regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, sosial rifahının yüksəlməsinə səbəb olub.

Bu müddətdə iqtisadi yüksəlişə icra olunan layihələrə nəzər yetirək:

- Ölkə iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb;

- Kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə çoxalıb;

- İxrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb;

- Valyuta ehtiyatları 27 dəfə artaraq 52 milyard dollara çatıb;

- Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb;

- Əməkhaqqı 11, orta pensiya 8 dəfə artıb;

- 3300-dən çox məktəb, məktəbəqədər uşaq tibb müəssisələri istifadəyə verilib;

- 34 elektrik stansiyası tikilib;

- 33 aqropark fəaliyyətə başlayıb;

- 17 "ASAN xidmətmərkəzi açılıb;

- 11 xalça fabriki açılıb;

- Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;

- 17 min kilometr avtomobil yolu salınıb;

- 2 böyük su anbarı - Taxtakörpü Şəmkirçay tikilib;

- 470 körpü tunel istifadəyə verilib;

- 1500-dən çox artezian quyusu qazılıb bu proses davam etdirilir;

- yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb;

- 7 aeroport tikilib.

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verdi qeyd etdi ki, dördüncü dövlət proqramının icrası zamanı daha möhtəşəm uğurlara imza atılacaq. Qeyd edək ki, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait, eyni zamanda Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.

 

Biznes mühitinin yaxşılaşması, dotasiyadan asılılığın azalması...

 

Prezidentin müvafiq fərmanı ilə şəhər rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.

Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki Mingəçevir şəhərlərini, habelə Şəmkir, Xaçmaz, Qazax Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Təkcə 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan xarici daxili investorlar üçün çox əlverişli məkandır. Ölkəmizdə mövcud olan sabitlik isə xalqın iradəsi ilə təmin edilir.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdir. Bu gün ölkədə sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini üzə çıxarır.

Ölkənin 10 bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb 9 mindən çox yeni yeri açılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

 

33 aqropark iri fermer təsərrüfatı

 

Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilən 33 aqropark iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark iri fermer təsərrüfatında layihələndirmə ya tikinti-quraşdırma işləri aparılır.

Ümumiyyətlə, aqropark iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub ümumi dəyəri 780 milyon manat olan 27 aqropark iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.

Dördüncü dövlət proqramının birinci ili daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin xalqının çox qısa dövr ərzində nail olduğu möhtəşəm tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir.

Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bugünkü Azərbaycanın sosial-iqtisadi durumunu, həyata keçirilən mütərəqqi islahatları dəyərləndirərkən vurğulamışdır ki, bu gün ölkəmiz iqtisadi inkişaf, ciddi islahatlar yolundadır bu islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, mövcud xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır: "Adətən, çox köklü iqtisadi siyasi islahatlar böyük problemlər gətirir. Yəni bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir”.

 

20 ən islahatçı ölkə sırasında

 

Bu gün iqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycan yeni-yeni uğurlar əldə edir. İqtisadi, sosial infrastruktur layihələri, müasir obyektlər, beynəlxalq layihələrin reallaşması Azərbaycana iqtisadi siyasi dividendlər qazandırır.

Uğurlara nəzər yetirdikdə isə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.

Onu da əlavə edək ki, bu nailiyyətləri təkcə biz deyil, beynəlxalq təşkilatlar da hesabatlarında xüsusi vurğulayırlar. Ölkəmizdə son illərdə biznes mühitinin daha da yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. "Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret , real inkişaf, əməli fəaliyyət dayanır verilən hər bir söz yerinə yetirilir. Ona görə əminliklə deyə bilərik ki, bu il həm paytaxtın, həm regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələri vaxtında uğurla reallaşacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 28 fevral.- S.1; 3.