2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının

Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş

24 fevral 2020-ci il tarixli 407 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nemət Ağa oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.A.Kərimli müraciətində iddia etmişdir ki, səsvermə günü 9 saylı Binəqədi ikinci seçki dairəsinin 4, 5, 7, 12, 13, 14, 18, 24, 25, 27 32 saylı seçki məntəqələrində müşahidəçilərə müşahidə aparılmasına şərait yaradılmamış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyası tərəfindən bu say artırılmış, məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokolları seçki məntəqələrinin məlumat lövhəsindən asılmamış digər qanun pozuntularına yol verilmişdir.

Araşdırma prosesində şikayətçilərlə əlaqə saxlanılmış, araşdırma iclasda iştirak etmək,

həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər

G.Səfərova, E.Qasımov, E.Musayev, R.Rzayev, Ü.Həsənov Ş.Bayramovun eyni məzmunlu müraciətləri üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 18 fevral 2020-ci il tarixli 26/292 saylı, 21 fevral 2020-ci il tarixli 29/333 saylı qərarları ilə aşkar edilmişpozuntularla əlaqədar həmin seçki dairəsinin 20, 31 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi

iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səsvermə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edənmüşahidəçilərin, namizədlərin, məşvərətci səs hüquqlu üzvlərin, məntəqə seçki komissiyaları ədrlərinin, katiblərinin üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Eyni zamanda dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış

nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu ya digər

formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunmamışdır.

Daha sonra verilmiş izahatlar, aktlar əlavə edilmiş digər sənədlərdən görünür ki,səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 9 saylı Binəqədi ikinci seçki

dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı görüntülər müəyyən edilməmişdir.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki  komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun

olaraq tərtib olunmuş bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Beləliklə, 9 saylı Binəqədi ikinci seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən namizəd

N.A.Kərimlinin 24 fevral 2020-ci il tarixli 407 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır. Həmin dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə Azərbaycan Respublikasının Mərkəzi Seçki

Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı 7-ci hissələrinə əsasən q ə r a r a a l ı r :

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nemət Ağa oğlunun 24 fevral 2020-ci il tarixli 407 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 saylı qərarı dəyişdirilmədən

saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Azərbaycan.-2020.- 26 fevral.- S.12.