İlham Əliyevdən Paşinyana növbəti sarsıdıcı zərbə

 

Azərbaycan Prezidentinin həqiqətləri Ermənistanın baş nazirini çıxılmaz duruma saldı

 

Bu ay dünya siyasi arenasında daha bir yaddaqalan və hələ uzun müddət müzakirə mövzusu olacaq tarixi hadisə yaşandı. Almaniya Federativ Respublikasında baş tutan 56-cı Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın baş naziri N.Paşinyana bu dəfə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Ermənistanın baş naziri Almaniyada İlham Əliyevin həqiqətləri qarşısında aciz vəziyyətdə qaldı.

Bundan başqa, dövlət başçısı konfrans çərçivəsində iştirak etdiyi toplantılarda Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığını söyləyərək həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verdi, həmçinin beynəlxalq investorları işbirliyinə dəvət etdi.

 

3 prezident, 2 baş nazir, 10 beynəlxalq təşkilat, şirkət rəhbəri ilə görüş

 

Almaniyada hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı bu gün dünyada aktual məsələlərin həll edildiyi bir məkana çevrilib. Burada daha çox enerji təhlükəsizliyi və ekoloji tarazlığın qorunub saxlanılması məsələləri önə çəkilir.

Azərbaycan Prezidenti bu konfransda müntəzəm və aktiv iştirak edir. Cənab İlham Əliyev bu gün dünyanın enerji sektorunda baş verən hadisələrlə bağlı fikirlərini bölüşür, maraqlı təkliflər irəli sürür. Hazırda neft ixrac edən ölkələrin birliyi kimi OPEK+ formatı məhz Azərbaycan Prezidentinin təklifindən sonra reallaşıb.

56-cı konfransda da dünyanın bir çox nüfuzlu liderləri, dövlət başçıları, təşkilatlar və onların rəhbərləri iştirak etdilər. Konfransın əhəmiyyətli tərəflərindən biriPrezident İlham Əliyevin ikitərəfli görüşlərinin keçirilməsi oldu.

Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Moldova Prezidenti İqor Dodon, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf QaniKüveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlər keçirdi.

Bununla yanaşı, cənab İlham Əliyev beynəlxalq təşkilat, agentlik və komitə rəhbərləri ilə də danışıqlar apardı.

Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han, Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq, Beynəlxalq Böhran Qrupunun prezidentibaş icraçı direktoru Robert Malley, "Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, "Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə keçirilən görüşlərdə Azərbaycan Prezidenti bir daha ölkəmizin dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığını söyləyərək, Cənubi Qafqazın lider dövlətinin əlverişli biznes mühiti olduğunu diqqətə çatdırdı. Beynəlxalq şirkət rəhbərləri də öz növbələrində Azərbaycana investisiya yatırımında maraqlı olduqlarını etiraf etdilər. Bu görüşlər qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların yatırılması üçün real zəmin yaratmış oldu desək, yanılmarıq.

Xüsusi olaraq vurğulayaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə cənab İlham Əliyev hazırda işğalçı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunmaları məsələsini müzakirə etdi. Dövlət başçısı girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyətini qeyd etdi. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

 

Azərbaycan Xəzər və Aralıq dənizlərini birləşdirib

 

Konfrans çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi” mövzusunda "dəyirmi masada iştirak edən Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, ölkəmiz dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır və son dövrlərdə alternativ enerji resurslarının inkişafı istiqamətində ciddi addımlar atır.

Məhz buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb və qarşıdakı illərdə daha çox imkanlar olacaq. Çünki daha böyük potensiala malik Azərbaycanın imkanları getdikcə artır. Azərbaycan coğrafi yerləşmə potensialını fürsətlərə çevirir.

Bu layihələrdən biri də "Cənub qaz dəhlizi”dir. Dörd seqmentindən üçünün artıq uğurla tamamlandığını deyən Prezident İlham Əliyev vurğuladı ki, bu ilin sonunda TAP layihəsi tamamlanacaq və beləliklə də 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək.

Prezident həmçinin vurğuladı ki, bu gün Azərbaycan gələcək layihələrlə bağlı yeni ölkələrlə işləyir. Çünki "Cənub qaz dəhlizi” yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - BosniyaHerseqovina, MonteneqroXorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalayıblar.

Cənab İlham Əliyev Azərbaycanın həm də çox sabit neft təchizatçısı olduğunu söyləyərək bildirdi ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-majorya problem baş verməyib. Geosiyasitexniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Prezident həmçinin Azərbaycanda bərpaolunan enerjiyə böyük diqqət yetirildiyini deyərək nəzərə çatdırdı ki, qarşıya qoyulan məqsəd 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir.

 

İlham Əliyev Paşinyanı Almaniyada növbəti dəfə ifşa etdi

 

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr isə dünyanın diqqətini bir daha bu məsələyə yönəltdi.

Prezident demək olar ki, Dağlıq Qarabağ münaqişəsi və mövcud problemlərlə bağlı dünya birliyinə ciddi çağırışlar etdi. Ermənistanın münaqişə ətrafındakı spekulyasiyasının ifşasına nail oldu. Azərbaycan Prezidentinin ətraflı şəkildə tarixi həqiqətlərə söykənərək Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini izah etməsi, Ermənistan hökumətinin başçısının saxtakarlıqla "tarixi faktlar” düzəltmək cəhdləri kimin haqlı, kimin haqsız olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş edildi. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi.

Müzakirələr cənab İlham Əliyevin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, dünyagörüşünün Paşinyandan qat-qat üstün olduğunu göstərdi. Prezident əsaslı faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi, onu çaşdırdı, çıxılmaz vəziyyətə və aciz duruma saldı. N.Paşinyan isə dünyaya bir daha göstərdi ki, erməni siyasətçilərdə yalan danışmaq, geniş ictimaiyyəti aldatmaq cəhdləri sadəcə genetik bir vərdişdir.

Prezident İlham Əliyev bu dəfə də konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu açıq göstərdi. Qarşı tərəfin səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu "tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmə cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi qaçqın və köçkün barədə danışmaq istəməməsi qəti şəkildə özünü doğrulda bilməzdi. Ona görə ki, Paşinyan tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklər ilə üz-üzə qalmışdı.

Prezident İlham Əliyev Almaniyada Paşinyana tarix dərsi keçdi. Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı danılmaz həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Cənab İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı.

Dövlət başçımızın Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan heç bir arqument nümayiş etdirə bilmədi. Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı.

Bir sözlə, beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platforma hesab edilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti bir daha münaqişənin həlli üçün tutarlı arqumentlər səsləndirdi. Ermənistanın baş nazirinin növbəti dəfə cənab İlham Əliyevin qətiyyəti, diplomatik məharəti qarşısında aciz durumda qalması isə hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi.

 

R.BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2020.- 29 fevral.- S.1;4.