“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"Əmanətlərin sığortalanması haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddələr 394, 421; 2017, ¹ 7, maddə 1310; 2019, ¹ 1, maddə 31) 19-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 19.4-cü maddədə "Azərbaycan Respublikasının Prezidentinəsözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

2. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"19.5. İllik hesabata aşağıdakılar daxildir:

19.5.1. Fondun illik maliyyə hesabatları;

19.5.2. iştirakçı bankların reyestri.”.

3. 19.6-cı maddədə "mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatlarınsözləri "maliyyə hesabatlarınınsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan.-2020.- 8 iyul.- S.2.