Koronavirusa yoluxmuş bütün şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir

 

Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi ən mühümprioritet vəzifədir

 

 

Çinin Uhan şəhərindən başlayıb, qısa zaman ərzində bütün dünyaya "ayaq açanyeni növ koronavirusa - COVID-19-a yoluxanların sayı artıq 12 milyonu ötüb. İnfeksiya yeni yayılmağa başlayan ərəfədə insanlar havaların isinməsi ilə virusun da yox olacağına ümid bəsləyirdilər. Lakin yaz aylarında gözlənilənlərin tamam əksi olan mənzərə yarandı. Yay başlayanda vəziyyət daha da pisləşdi. Virus nəinki çox yayıldı, hətta daha aqressiv hal aldı.

Mütəxəssislər fevralda müşahidə olunan koronavirus xəstəliyi ilə son aylardakı xəstəliyin arasında fərqin çox böyük olduğuna diqqət çəkirlər. Həmin vaxt daha çox yaşlılar, yanaşı xəstəliyi olanlar arasında ağırlaşma və ölüm hallarına rast gəlinirdisə, son aylarda eyni vəziyyət gənclər arasında da müşahidə olunur. Bunun bir səbəbi yoluxmanın çoxluğudursa, digər səbəbi virusun aqressiyasında müəyyən fərqlərin meydana çıxmasıdır.

Araşdırmalar göstərir ki, COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılma gücünə malikdir. Digər mülahizəyə görə isə, virus mutasiyaya uğradıqca zəifləyə də bilər. Hazırda mikrobioloqlar, virusoloqlar bununla ciddi məşğuldurlar. Digər tərəfdən isə virusa qarşı peyvəndin hazırlanması istiqamətində müxtəlif ölkələrdə aparılan tədqiqatlar davam edir. Bu müddətdə dünya dövlətləri vətəndaşlarını qorumaq üçün mümkün olan müxtəlif mübarizə üsullarından istifadə edirlər.

Azərbaycan koronavirusla mübarizəyə infeksiya hələ sərhədlərimizə çatmadan öncə başladı. Ölkədə yanvar ayından etibarən virusun yayılmasının qarşısının alınması üçün çevik, qabaqlayıcı tədbirlər görülməyə başlandı. Qısa zaman ərzində dövlətin bütün imkanları pandemiyaya qarşı səfərbər olundu. İnfeksiyanın xaricdən idxalının qarşısını almaq üçün sərhədlər bağlandı. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı.

Lakin mayda karantin rejiminin yumşaldılması bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı. Bir çox vətəndaşlar yumşaldılmanı koronavirusun yox olması kimi anlayaraq, qoyulan qaydalara etinasız yanaşdı. Sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə bu məsuliyyətsizliyin acı reallığı göz önündədir. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı.

Gündəlik koronavirusa yoluxan xəstələrin sağalanların sayından artıq olması təcili tibbi yardımın operativliyinə də mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur.

"Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli qərarında edilən dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasında yeni qaydalar müəyyənləşdi. Qərara edilən yeni dəyişikliyə görə, laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallardaxüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir.

Virusa yoluxma sürətinin artması nəzərə alınaraq, bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olundu. Xəstəliyi yüngül simptomlaya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildi.

Koronavirusla mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan tibb müəssisələrini əhatə edən 39 ərazi tibb məntəqəsi yaradıldı. Yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuzyüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. İşçi qrupunun vəzifələrinə isə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, prosesinin idarəedilməsi, koordinasiyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova Səhiyyə Nazirliyi tərəfindən koronavirusa yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında məlumat verərkən deyib ki, yoluxma şübhəsi yarandıqda ilk addım poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. 1-3 günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilirbu müddət ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır, xəstəliyi simptomsuzya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə təyin olunur. Sahə həkimləri COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.

Baş Səhiyyə İdarəsinin rəisi qeyd edib ki, digər infeksion xəstəliklərlə yanaşı, COVID-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.

Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən iltizam alınır. "Evdə müşahidə edilməyə dair iltizamsənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır. TƏBİB-in hazırladığı sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə həkim məsləhətlərinə ciddi riayət edilməlidir.

İltizam sənədində qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə nəzarət xüsusi mobil tətbiq vasitəsilə həyata keçirilir. Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir.

Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməli və olduğu yerdən asılı olmayaraq tibbi maska taxılmalıdır. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Sənəd iki halda - laborator test nəticəsi "neqativolduqda, həkimin qərarı ilə şəxs müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xəstəxanada və ya evdə olmasından asılı olmayaraq, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Azərbaycan aylardır bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən mühümprioritet vəzifədir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana dəvət edilib. Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloqpulmonoloqlar Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparırlar.

Türkiyə Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 10 iyul.- S.5.