Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

 

Hörmətlə,

Paula-Mae Uiks

TrinidadTobaqo Respublikasının Prezidenti, Silahlı

Qüvvələrin Ali Baş Komandanı Paula-Mae Uiks

Azərbaycan.-2020.- 19 iyul.- S.2.