Dünya Azərbaycanlıları Konqresi ermənilərin ABŞ-ın Los-Anceles şəhərində törətdiyi təxribatla bağlı bəyanat yayıb

 

Dünya Azərbaycanlıları Konqresi (DAK) ermənilərin ABŞ-ın Los-Anceles şəhərində törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC DAK-dan məlumat verilib.

Bəyanatda deyilir: “İyulun 21-də Los-Ancelesdə yaşayan ermənilər Azərbaycan Respublikasının Baş Konsulluğunun binası qarşısında təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa edən şüarlar səsləndiriblər. Həqiqəti görmək dinləmək gücündə olmayan erməni radikalları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los-Anceles polisi belə onların bu vandalizminin qarşısını ala bilməyib. Azərbaycanlı nümayişçilərə hücum edən ermənilər biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bu kimi hadisələr dünyanın bir çox şəhərlərində baş verib baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm xaricdəki erməni diasporu təcavüzkar siyasətin birbaşa ideoloqu icraçısıdır.

Dünya Azərbaycanlıları Konqresi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyini bəyan edərək, ABŞ-ın Los-Anceles şəhərində, eləcə də digər Avropa ölkələrində erməni diasporunun zorakılıq və vəhşiliyinə görə hüququn tələb etdiyi qəti tədbirlərin görülməsini tələb edir”.

 

Azərbaycan.-2020.- 24 iyul.- S.6.