“Dünyanı uşaqlara verin!”

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

 

"...Uşaq evin gülü-çiçəyi”, " Körpə qığıltısı nota alınmayan ən zərif səs, bəstələnməyən musiqidir”, - deyirlər.

Belə epitetlər ilk andanca xoş təbəssüm yaradan fikirlərdir. Həm də ictimaiyyətdə və cəmiyyətdə yetərincə səslənir. Bəli, dünyanın xoşbəxti olmağa layiq körpələr nəinki evin, ailənin, əslində, bəşəriyyətin ülvisaf varlıqları kimi bəxtəvər yaşamağa layiqdirlər.

Uşaqsız ailələrin bütövlüyünə daim şübhə yaranıb. Çünki onlar ailəni qoruyur, əbədiləşdirir. Deyirlər ki, uşaqlar bağların fidanları, bar ağaclarının budaqları - sevgi meyvəsidir. Həm də uşaqlar bəşəriyyətin gələcəyidirlər, onların müdafiəsi dövlətdən daha çox ailənin və cəmiyyətin borcudur.

1 iyun tarixi fidan balaların bayramıdır. Harada uşaq varsa, orada səmimiyyət, sevinc, ümidlər çiçəkləyir, arzular boy atır. Uşaqların beynəlxalq səviyyədə müdafiəsi üçün 1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyası qərar qəbul edib. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

BMT- uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Yəni onların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm ayrılmaz hissələrindən biridir.

Ulu Öndər Heydər Əliyevin ideyalarını fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara diqqət qayğı ilə yanaşması cəmiyyətdə böyük rəğbət doğurur.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində fond tərəfindən silsilə tədbirlər keçirilir. Məhz bu nüfuzlu qurumun təşəbbüsü ilə qaçqın məcburi köçkün ailələrindən olan, eləcə imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama görə, 2009-cu il "Uşaq ilielan olunub. Bu sərəncamla uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr reallaşdırılır.

2009-cu ilin oktyabrında Bakıda "Gülüstansarayında Azərbaycanda Uşaq ilinə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə keçirilən ikigünlük konfransda Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında çox vacib mətləblərə toxunub. Qeyd edilib ki, sivilizasiya mədəniyyətlərin toqquşması, eləcə dünyada baş verən hərbi münaqişələr, texnogen faciələr, iqlim dəyişməsi, xəstəliklər digər problemlər uşaqların taleyindən izsiz keçmir. Belə olan halda onlar təkcə fiziki cəhətdən deyil, mənəvi baxımdan da şikəst olurlar. Bəzən ata-anasından, ailə mühitindən ayrı düşən uşaqlar müəyyən mənəvi dəyərlərdən təcrid olunurlar.

Fond, demək olar ki, yarandığı gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində böyüyən uşaqların taleyini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, doğmalarının himayəsindən məhrum olan uşaqlar bu gün Mehriban xanım Əliyevaya mənəvi ana kimi baxırlar. Bu da səbəbsiz deyil. "Uşaq evləri internat məktəblərinin inkişafı proqramı”çərçivəsində Heydər Əliyev Fondu tərəfindən onlarla, yüzlərlə dövlət müəssisəsi əsaslı təmir edilərək avadanlıqlarla təchiz olunub. Tez-tez uşaqların qonağı olan Mehriban xanım Əliyeva çalışır ki, onlarla həmişə ünsiyyət qursun.

Bu gün ölkəmizdə "hər şey uşaqların sağlamlığı naminə”devizi ilə bir sıra sosial-tibbi, humanitar layihələr həyata keçirilməkdədir. Eləcə də uşaqlara tibbi xidmət göstərən 600-dən artıq poliklinika, ambulatoriyauşaq şöbəsi olan müəssisələrdə on minlərlə həkim-pediatr çalışır. Sosial-psixoloqların qənaətincə, ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı ildən-ilə çoxalmaqdadır ki, bu da, ümumiyyətlə, dövlətin sosial siyasətinin nəticəsidir. Uşaqların daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbolstolüstü tennis kimi idman növlərinə maraq göstərmələri də təsadüfi deyil. Sevindirici hallardan biriodur ki, uşaqlar belə idman yarışlarında beynəlxalq səviyyədə iştirak edir və yüksək mükafatlara layiq görülürlər.

Təəssüf ki, körpə fidanların heç də hamısı xoşbəxt böyümürlər. Son yüzillikdəki bir sıra etnik, dini, məhəlli və regional münaqişələrin qurbanlarına çevrilənlərin müəyyən faizi də uşaqların payına düşür. Böyüklərlə yanaşı, körpələr də qaçqın-köçkün həyatı yaşamağa məhkum ediliblər. Nə yazıqlar ki, hazırda insan haqlarını, uşaq hüquqlarını əldə bayraq edən sivil dünyanın, bir sıra beynəlxalq təşkilatların gözləri qarşısında onların ən ali haqq və hüquqları pozulmaqdadır. 1988-ci ildən Azərbaycana qarşı davam edən erməni təcavüzü nəticəsində öz doğma ata-baba yurdunda, evində azad yaşamaq haqqını itirmiş uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir ciddi və səmərəli addım atılmayıb.

Uşaq hüquqları ilə bağlı Avropada, Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olan "Uşaq Hüquqları Haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə hələ 1949-cu ildə BMT tərəfindən qəbul edilməsinə baxmayaraq, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının pozulması hallarına davamlı şəkildə rast gəlirik. Belə hallarla işğalçı Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan uşaqları da üzləşib. Ancaq özünün Qərbə inteqrasiya iddialarını ortaya qoymuş, demokratik inkişaf yolunu, hüquqi dövlət prinsiplərini prioritet elan etmiş Azərbaycana qarşı erməni təcavüzü nəticəsində çoxsaylı insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının pozulması hallarına indiyədək həmin Qərbdə göz yumulur, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmir.

Tarixi Azərbaycan torpaqlarının işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara heç bir aman verilməyib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Qarabağ müharibəsi illərində 1000-dən çox uşaq şəhid olub. Yüzlərlə günahsız körpə Xocalıda, işgal edilən digər şəhər və kəndlərimizdə erməni quldur ordusu tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalıb. Onlara qarşı tarixdə görünməmiş zorakılıq və işgəncələr tətbiq edilməsi haqqında yüzlərlə fakt məlumdur. Bu cür faktlar, hətta erməni yazarlarının, o cümlədən bədnam Zori Balayanın kitablarında açıq-aşkar əks olunub.

Hər kəsdən daha çox sevgiyə ehtiyacı olan uşaqlara dövlət tərəfindən hər cür diqqət yetirilir. Gələcəyimizin parlaq və işıqlı olması uşaqların əlindədir. Onların nə dərəcədə sevgiyə, qayğıya ehtiyacı olduqlarını öz gözlərimizlə görüb, gələcəyimizin aydın, işıqlı və parlaq olması üçün böyük işlərə imza atmalıyıq.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 1 iyun.- S.13.