Kəşfiyyat quyusu yüksək hasilatla istismara daxil olub

 

Quyunun qazılmasında ilk dəfə ən son texnologiyalardan istifadə edilib

 

 

"Bulla-dənizsahəsində 91 nömrəli kəşfiyyat quyusunun qazması uğurla başa çatıb. 12 nömrəli stasionar özüldən qazılmış quyu bu günlərdə yüksək qaz qaz-kondensat məhsulu ilə istismara daxil olub. Sutkalıq 420 min kubmetr qaz 163 ton kondensat bir quyu üçün çox yüksək nəticə kimi qiymətləndirilir.

Mütəxəssislər bu hadisəyə böyük dəyər verirlər. Belə ki, sözügedən quyu "Bulla-dənizsahəsində 12 nömrəli dəniz stasionar özülündən strukturun şimal-şərq qanadında I tektonik blokun geoloji quruluşunu, Məhsuldar Qatın VIII horizontunun litofasial xüsusiyyətlərini, neft-qazlılığını müəyyənləşdirmək qiymətləndirmək üçün layihələndirilmişdi. Bu səbəbdən kəşfiyyat quyusunda əldə edilmiş nəticə Kompleks Qazma İşləri Tresti kollektivinin qələbəsi olmaqla yanaşı, həm ölkənin neft-qaz sənayesinin uğuru kimi qiymətləndirilir.

Qazma işləri mürəkkəb şəraitdə həyata keçirilib. Çünki mütəxəssislər "Bulla-dəniz”in Bakı arxipelaqında kəşf olunmuş yataqlar arasında karbohidrogen zənginliyi gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən çox mürəkkəb geoloji-tektonik quruluşa hidrodinamiki şəraitə malik olduğunu söyləyirlər. Onların fikrincə, karbohidrogen ehtiyatlarının toplandığı məhsuldar qat çöküntülərinin yer təkinin çox dərinliklərində yerləşməsi, anomal yüksək lay məsamə təzyiqlərinin mövcudluğu, qazma prosesinin aparılmasında mühüm rol oynayan qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması bir sıra digər səbəblər qazma işlərinin çətin şəraitdə aparılmasına gətirib çıxarır.

"Bulla-dənizyatağında qazma işlərinin asanlaşdırılması keyfiyyətlə başa çatdırılması üçün ABŞ Çin Xalq Respublikasından ən müasir texniki-texnoloji tələblərə cavab verən, dünyada qazma sahəsində son nailiyyətlərdən olan qurğu avadanlıqlar alınmışdır. 91 nömrəli kəşfiyyat quyusunda qazma işləri məhz "Top Drive” mexanizmi ilə təchiz olunmuş, böyük yükqaldırma qabiliyyətinə malik ZJ 70 DBS qazma qurğusu ilə həyata keçirilmişdir. Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə stratiqrafik kəsilişə nəzarət edən LWD/MWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dan, qazmaya geoloji-texnoloji nəzarəti həyata keçirən DNV serifikatlı Shenkay firmasının istehsalı olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından FİD xromotoqrafdan istifadə olunmuşdur. Dünyanın geoloji cəhətdən nadir hallarda rast gəlinən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən "MPD” qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq məhz 91 nömrəli kəşfiyyat quyusunda tətbiq edilmişdir. MPD texnologiyasının istifadəsi həmin quyuda nəinki baş verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa, həmçinin qazma işlərində yüksək kommersiya sürətinə maliyyə xərclərinin azaldılmasına imkan vermişdir. Nəticədə bu il mayın 13-də istismar kəməri 574 atmosfer təzyiqdə kipliyə yoxlanılmış quyuda qazma müvəffəqiyyətlə başa çatmışdır. Böyük perspektivi olan quyuda sınaq mənimsəmə işləri təsdiqləniş tamamlama planına uyğun davam etdirilmişdir. Mayın 26-da isə quyu istismara daxil olmuşdur.

Sözügedən resurslardan düzgün istifadə olunması, qurğuda çalışan qazma briqadası üzvlərinin peşəkarlığı, trestin mühəndis-texniki heyətinin qazma prosesinə ciddi nəzarət etməsi ekstremal şəraitdə vaxtında dəqiq qərarların verilməsi nəticəsində 6703 metr dərinliyə kimi qazılmış 91 nömrəli quyuda belə bir nailiyyətə imza atılmışdır. Quyunun qazma xərclərinə müddətinə ciddi şəkildə qənaət edilmiş, növbəti intervalların qazılması prosesində gözlənilən bir sıra risklər aradan qaldırılmışdır.

Kəşfiyyat quyusu kateqoriyasına uyğun olaraq, qazılmış quyunun başlıca vəzifələrindən biriqazma zamanı bir sıra geoloji-geofiziki tədqiqatların aparılması ilə yatağın geoloji-litoloji quruluşunun dəqiqləşdirilməsi idi. Bu istiqamətdə də layihədə nəzərdə tutulmuş geoloji-geofiziki tədqiqat işlərinin çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirilməsinə nail olunmuşdur. Belə ki, təsdiqlənmiş plana uyğun olaraq, Məhsuldar Qatın VII horizontundan "AzlabMMC-nin mühəndis - texniki xidməti ilə birlikdə 6075-6084 metr intervalında 8,5 metr uzunluqda və 6165-6174 metr intervalında 8,2 metr uzunluqda kern nümunələri qaldırılmışdır. Hazırda həmin süxur nümunələrinin (kern) "Azlab” tərəfindən laboratoriya analizləri aparılmaqdadır. Bundan əlavə, dünya şöhrətli "Schlumberger” şirkəti tərəfindən açıq quyu lüləsində lay təzyiqinin ölçülməsi, Akustik karotaj, Neytron məsaməlilik və Nüvə-Maqnit karotajı işlərinin uğurla həyata keçirilməsinə nəzarət edilmişdir. Əldə olunmuş geoloji-geofiziki məlumatlar kəsilişi əks etdirən layların təzyiqinin öyrənilməsi, kollektorluqpetrofiziki xüsusiyyətlərinin, su-neft, qaz-neft, qaz-su kontaktlarının dəqiqləşdirilməsində mühüm rol oynayacaq. 91 nömrəli quyudan əldə olunan məlumatlar həmçinin yatağın tammiqyaslı işlənməsi proqramının həyata keçirilməsi, I tektonik blokda layların işlənməsi, modelləşdirilməsi və VIII horizont, o cümlədən kəsilişdə üstdə yatan məhsuldar layların cari karbohidrogen doyumluluğunun dəqiqləşdirilməsi, növbəti quyuların qazılmasının əsaslandırılması və optimal quyu quruluşlarının seçilməsində, quyu lüləsinin sabitliyinin təmin olunmasında əvəzsiz mənbə kimi istifadə ediləcək.

Qeyd edək ki, milli neft sənayemizin parlaq səhifələrindən olan "Ümid” yatağını kəşf edən quyunu da məhz SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi qazmışdır. Bütövlükdə isə ötən müddətdə qazmaçılar "Qoşadaş”, "Ələt-dəniz”, "Ağburun”, "Qum adası”, "Cahandar”, "Türkan” və bir çox digər yataqlarda yüksək geoloji-texnoloji nəticələrə imza atmışlar.

Peşəkar qazmaçılar bütün sahələrdə əməyin təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə ciddi əməl edirlər. Yeraltı zənginliyə yolaçanlar ölkəmizin dəniz və quru sahələrində axtarış-kəşfiyyat və istismar quyularının uğurla qazılması üçün bütün imkanlarını səfərbər ediblər.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 1 iyun.- S.15.