Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I
kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr
631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997,
1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009,
2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 147, 152, 162, ¹
3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749,
754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273,
1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I
kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256,
2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3,
maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1168, ¹ 7 (I kitab),
maddələr 1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr
2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473, 2475, 2499,
2507, 2512, 2522; 2019, ¹ 1, maddələr 4, 6, 15, 18, 44, ¹ 3, maddələr
374, 389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr
791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383, ¹ 11, maddələr
1682, 1686, 1696, ¹ 12, maddələr 1883, 1900; Azərbaycan
Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
16.3-cü maddənin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"Hərbi
qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar
istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs
tətbiq edilə bilməz.”.
1.2.
28.4.6-sı maddə aşağıdakı redaksiyada verilsin:
"28.4.6.
hərbi qulluqçulara.”.
1.3. 30-cu
maddə üzrə:
1.3.1.
30.1-ci maddədə "ayrı-ayrı növlərinə
görə” sözlərindən sonra "üç gündən”
sözləri əlavə edilsin;
1.3.2.
30.2-ci maddədə "həmçinin hərbi
qulluqçular, o cümlədən müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçuları və hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin kursantları” sözləri
"habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə
tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara
görə hərbi qulluqçular” sözləri ilə əvəz
edilsin.
1.4.
31.4-cü maddədə "üçdə” sözü
"dörddə” sözü ilə əvəz edilsin.
1.5.
Aşağıdakı məzmunda 31.4-1-ci maddə əlavə
edilsin:
"31.4-1.
İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati
həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin
həddi, bu Məcəllənin Xüsusi hissəsində
inzibati xətanın törədilməsinə görə
müəyyən edilən inzibati tənbehin yuxarı həddinin
dörddə üçündən çox ola bilməz.”.
1.6.
Aşağıdakı məzmunda 34-1-ci maddə əlavə
edilsin:
"Maddə
34-1. İnzibati xətaya görə daha yüngül inzibati tənbeh
tətbiq etmə
Bu Məcəllənin
Xüsusi hissəsində inzibati xətaya görə müəyyən
edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər
və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq
edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin
tələblərinə əsasən mümkün
olmadıqda, hakim inzibati xəta törətmiş şəxs
barəsində bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində nəzərdə tutulmuş inzibati
tənbeh əvəzinə iki yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə növündə
inzibati tənbeh tətbiq edir.”.
1.7.
39.2-ci maddədə "227-ci maddəsində” sözləri
"227, 232-1-ci və 351-1-ci maddələrində” sözləri
ilə əvəz edilsin.
1.8.
43-cü maddə üzrə:
1.8.1.
43.1-ci maddədə "197” rəqəmlərindən sonra
", 198.2, 198.3” rəqəmləri, "229,” rəqəmlərindən
sonra "232-1,” rəqəmləri və "351,” rəqəmlərindən
sonra "351-1,” rəqəmləri əlavə edilsin;
1.8.2.
43.4-cü maddədə "Bu Məcəllənin” sözlərindən
sonra "610-618-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə, habelə
bu Məcəllənin” sözləri əlavə edilsin.
1.9.
53.0.10-cu maddədə "227-ci maddəsində nəzərdə
tutulan” sözləri "Xüsusi hissəsinin müvafiq maddələrinin
Qeyd hissələrində bilavasitə müəyyən
edilmiş hallarda” sözləri ilə əvəz edilsin.
1.10.
54-cü maddə üzrə:
1.10.1.
54.2-ci maddədə "və 606.1-ci” sözləri ",
606.1 və 610-618-ci” sözləri ilə əvəz edilsin;
1.10.2.
54.3-cü maddədə "qərardaddan” sözündən
sonra "onun surətinin bu Məcəllənin 57-ci maddəsində
nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on
gün müddətində” sözləri əlavə edilsin.
1.11.
88.1.6-cı maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 88.1.7-ci maddə əlavə
edilsin:
"88.1.7.
müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri - hərbi xidmət əleyhinə olan
inzibati xəta törədildikdə.”.
1.12.
89.4-cü maddədə "və ya 535-ci,” sözləri
", 535 və 610-618-ci” sözləri ilə əvəz
edilsin.
1.13.
Aşağıdakı məzmunda 99.3-1-ci maddə əlavə
edilsin:
"99.3-1.
Bu Məcəllənin 41-ci fəslində nəzərdə
tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə
bağlı bu Məcəllənin 99.1-ci maddəsində
göstərilən səbəblərdən biri və bu Məcəllənin
99.2-ci maddəsində göstərilən kifayət qədər
əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli
vəzifəli şəxsi inzibati xəta haqqında iş
üzrə icraatın başlanması üçün zəruri
məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi
prokurora göndərir.”.
1.14.
99.4.3-cü maddədə "qərardad” sözündən
sonra "(qərar)” sözü əlavə edilsin.
1.15.
102.1-ci maddədə "qaydaları” sözündən sonra
", hərbi xidmət” sözləri, "227-ci,” sözlərindən
sonra "232-1-ci, 351-1-ci,” sözləri əlavə edilsin.
1.16. 103.1-ci
və 103.2-ci maddələrdə "prokurorun qərarı”
sözləri "prokurorun inzibati xəta haqqında iş
üzrə icraatın başlanması haqqında qərarı
və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə
tutulmuş qaydada tərtib etdiyi protokol” sözləri ilə əvəz
edilsin.
1.17.
129.1.2, 130.1-ci və 130.2-ci maddələrdə "şikayət”
sözündən sonra "və ya protest” sözləri əlavə
edilsin.
1.18.
156-cı maddə üzrə:
1.18.1.
156.2-ci maddədə "tətbiq edilmiş şəxslər”
sözü "tətbiq edilmiş bu Məcəllənin
610-618-ci maddələrində göstərilən xətaları
törətmiş şəxslər hauptvaxtda, digər şəxslər
isə” sözləri ilə əvəz edilsin;
1.18.2.
156.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"156.3.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət
müddətinə daxil edilmir.”.
1.19.
198.0-cı maddə üzrə:
1.19.1.
maddənin sanksiyasında "min manatdan iki” sözləri
"beş yüz manatdan” sözləri ilə əvəz
edilsin;
1.19.2.
198.0-cı, 198.0.1 - 198.0.10-cu maddələr müvafiq olaraq
198.1-ci, 198.1.1 - 198.1.10-cu maddələr hesab edilsin və
aşağıdakı məzmunda 198.2-ci və 198.3-cü maddələr
əlavə edilsin:
"198.2.
Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin
başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə
edilmiş şəxs tərəfindən bu qaydaların
pozulması nəticəsində ehtiyatsızlıqdan insan
sağlamlığına yüngül zərərin
vurulmasına görə -
min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
198.3. Bu Məcəllənin
198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər
zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər
vurulmasına səbəb olduqda -
min
beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.”.
1.20.
Aşağıdakı məzmunda 215.4-cü maddə əlavə
edilsin:
"215.4.
Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən
şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq
fəaliyyətinə buraxılmasına görə -
vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.”.
1.21.
Aşağıdakı məzmunda 232-1-ci maddə əlavə
edilsin:
"Maddə
232-1. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
Özgənin
əmlakını qəsdən məhv etməyə və ya
zədələməyə görə, bu az miqdarda ziyan
vurduqda -
inzibati xəta
nəticəsində vurulmuş ziyanın bir mislindən iki
mislinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu
maddədə "az miqdar” dedikdə, beş min manatdan
yuxarı olmayan məbləğ başa düşülür.”.
1.22.
262-ci maddənin "Qeyd” hissəsində "maddədə”
sözü "Məcəllənin 262.3-cü maddəsində”
sözləri ilə, "min manatadək olan” sözləri
"beş min manatdan yuxarı olmayan” sözləri ilə əvəz
edilsin.
1.23.
Aşağıdakı məzmunda 351-1-ci maddə əlavə
edilsin:
"Maddə
351-1. Nəqliyyat vasitələrini və ya yolları
yararsız vəziyyətə salma
Dağıtmaq,
zədələmək və ya başqa üsulla yolların,
nəqliyyat vasitələrinin və ya nəqliyyat
avadanlığının yararsız vəziyyətə
salınması -
inzibati xəta
nəticəsində vurulmuş ziyanın bir mislindən iki
mislinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu
maddədə nəzərdə tutulmuş əməl
külli məbləğdə (əlli min manatdan artıq)
ziyan vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.”.
1.24. 398-ci
maddənin "Qeyd” hissəsinin 1-ci bəndində "iyirmi”
sözü "əlli” sözü ilə əvəz edilsin.
1.25.
420-ci maddənin "Qeyd” hissəsinin 2-ci bəndində
"yüz” sözü "iki yüz” sözləri ilə əvəz
edilsin.
1.26.
431-ci maddənin "Qeyd” hissəsində "yüz”
sözü "iki yüz” sözləri ilə əvəz
edilsin.
1.27.
449-cu maddənin "Qeyd” hissəsində "iyirmi”
sözü "əlli” sözü ilə əvəz edilsin.
1.28.
460-cı maddənin "Qeyd” hissəsinin 1-ci bəndində
"iyirmi” sözü "əlli” sözü ilə əvəz
edilsin.
1.29.
479-cu maddə üzrə:
1.29.1.
sanksiyada "altmış faizindən yüz” sözləri
"qırx faizindən altmış” sözləri ilə əvəz
edilsin;
1.29.2.
"Qeyd” hissəsində "dörd” sözü "əlli”
sözü ilə əvəz edilsin.
1.30.
480-ci, 481-ci və 482.1-ci maddələrin sanksiyasında
"altmış faizindən yüz” sözləri
"qırx faizindən altmış” sözləri ilə,
482.2-ci maddənin sanksiyasında "yüz” sözü
"altmış” sözü ilə əvəz edilsin.
1.31.
aşağıdakı məzmunda 41-ci fəsil əlavə
edilsin:
"FƏSİL
41
Hərbi
xidmət əleyhinə olan inzibati xətalar
Maddə
610. Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə
yetirən digər şəxsin şərəf və ləyaqətini
alçaltma
Rəisin,
yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər
şəxsin hərbi xidmət üzrə öz vəzifəsini
yerinə yetirməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar şərəf və
ləyaqətini alçaltma -
on gündən
iyirmi günədək müddətə inzibati həbs tətbiq
olunur.
Maddə
611. Tabelikdə olan hərbi qulluqçunun şərəf və
ləyaqətini alçaltma
Hərbi
xidmət üzrə vəzifələrin yerinə yetirilməsi
zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsin şərəf və ləyaqətini
alçaltması -
on
gündən iyirmi günədək müddətə inzibati
həbs tətbiq olunur.
Maddə
612. Tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozma
612.1.
Tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozma, yəni bir hərbi
qulluqçunun digərinin şərəf və ləyaqətini
alçaltması və ya ona zor tətbiq etməsi -
on
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
612.2.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantları arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozaraq zərərçəkmiş
şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu
tətbiq etməklə özgənin az miqdarda əmlakını
və ya əmlak xarakteri daşıyan digər hərəkətlər
etməsini tələb etmə -
bir aydan
üç ayadək müddətə inzibati həbs tətbiq
olunur.
Qeyd:
1. Bu Məcəllənin
612.1-ci maddəsində nəzərdə tutulmuş əməl
sağlamlığa ağır, az ağır və ya
yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
2. Bu Məcəllənin
612.2-ci maddəsində "az miqdar” dedikdə, yüz manatdan
yuxarı olmayan məbləğ başa
düşülür.
Maddə
613. Hərbi hissəni və ya xidmət yerini
özbaşına tərk etmə
613.1.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantının hərbi hissəni (hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini)
və ya xidmət yerini özbaşına tərk etməsi və
ya üzrlü səbəblər olmadan hərbi hissəyə
(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisəsinə) və ya xidmət yerinə
vaxtında gəlməməsi bir gündən artıq, lakin
üç gündən çox olmayaraq törədildikdə
-
on günədək
müddətə inzibati həbs tətbiq olunur.
613.2.
Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən
və ya xidmət yerindən özbaşına getməsi,
habelə üzrlü səbəblər olmadan hərbi hissəyə
və ya xidmət yerinə vaxtında gəlməməsi
üç gündən artıq, lakin on gündən
çox olmayaraq törədildikdə -
iyirmi
günədək müddətə inzibati həbs tətbiq
olunur.
613.3. Bu Məcəllənin
613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
on
gündən iyirmi günədək müddətə inzibati
həbs tətbiq olunur.
613.4. Bu Məcəllənin
613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
Maddə
614. Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələmə
614.1. Hərbi
qulluqçulara xidməti istifadə üçün
verilmiş silahın, onun komplekt hissələrinin,
döyüş sursatının, partlayıcı maddələrin
və qurğuların, hərbi texnikanın və ya sair hərbi
əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi
-
on
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
614.2.
Silah, onun komplekt hissələri, döyüş sursatı,
partlayıcı maddələr və qurğular və ya hərbi
texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az
miqdarda məhv etmə və ya zədələmə -
on beş
gündən iki ayadək müddətə inzibati həbs tətbiq
olunur.
Qeyd:
1. Bu Məcəllənin
614.1-ci maddəsində nəzərdə tutulmuş əməl
mühüm zərər vurduqda Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddəsinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
2. Bu Məcəllənin
614.2-ci maddəsində "az miqdar” dedikdə, beş min
manatdan yuxarı olmayan məbləğ başa
düşülür.
Maddə
615. Silahla və yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarını pozma
Silahla, hərbi
sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə,
habelə ətrafdakılar üçün yüksək təhlükə
törədən maddə və əşyalarla
davranış qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına yüngül zərər vurduqda -
iki
yüz manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Maddə
616. Maşınları idarəetmə və istismar
qaydalarını pozma
Döyüş
və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini,
yaxud hərbi texnikanı idarəetmə və istismar
qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına yüngül zərər
vurulmasına səbəb olduqda -
iki
yüz manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on gündən iyirmi günədək müddətə
inzibati həbs tətbiq olunur.
Maddə
617. Hərbi uçuş aparatlarının istismar
qaydalarını pozma
617.1. Hərbi
uçuş aparatlarının uçuş, uçuşa
hazırlıq və ya sair istismar qaydalarını pozma,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına yüngül zərər
vurulmasına səbəb olduqda -
iki
yüz manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on gündən iyirmi günədək müddətə
inzibati həbs tətbiq olunur.
617.2. Bu Məcəllənin 617.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 618. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma
618.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda -
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
618.2. Bu Məcəllənin 618.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
Maddə 2. Bu Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci
il
Azərbaycan.-2020.- 1 iyun.- S.9-10.