Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Auditor xidməti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında "Dövlət əmlakının özəlləşdirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Kiçik sahibkarlığa dövlət köməyi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 481; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 10, maddə 573; 2007, ¹ 12, maddə 1246; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) 2-ci hissəsinin dördüncü abzasından "5-ci maddəsində,” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2020-ci il

Azərbaycan.-2020.- 2 iyun.- S.3.