Prezidentin
xeyir-duası ilə Ağcabədidə taxıl biçininə
başlanıldı
Qarabağ
torpağında yerləşən Ağcabədi rayonunun
inkişafı üçün son illərdə mühüm
işlər görülüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də
Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer təsərrüfatında
olub, əkin sahəsində taxıl biçininə
başlanması mərasimində iştirak edib.
Kənd
Təsərrüfatı naziri İnam Kərimov dedi: Cənab
Prezident, Sizin xeyir-duanızla artıq bu gündən taxıl
biçininə başlanılır. Ölkə üzrə
bir milyon hektar taxıl sahəsində biçin aparılacaq,
onun 370 min hektara yaxını arpa sahəsidir.
Prezident
İlham Əliyev: Arpa biçilir?
İnam
Kərimov:Bəli. Bir neçə gündən sonra da
buğda biçininə başlanılacaq. Bütün texnika
biçinə tam hazırdır.
Prezident
İlham Əliyev:Məhsuldarlıq nə qədər gözlənilir?
İnam
Kərimov: Cənab Prezident, keçən il hektardan məhsuldarlıq
32 sentnerə yaxın idi, bu il hələ dəqiq demək
mümkün deyil. Çünki bu il hava quraqlıq
keçdi.
Prezident
İlham Əliyev: Bu il də quraqlıqdır, keçən
il də quraqlıq idi. Amma keçən il biz rekord səviyyədə
məhsuldarlığı təmin edə bildik. Azərbaycanda
heç vaxt hektardan məhsuldarlıq 32 sentner olmayıb.
Özü də iri fermer təsərrüfatlarında təqribən
50 sentnerə çatıb. Təkrar əkinlə
bağlı işlər görülür? Mən demişəm,
Nazirlər Kabineti vəsait ayırıb.
Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov: Bəli, cənab
Prezident, Siz göstəriş verdiniz, qarğıdalı əkiləcək.
Prezident
İlham Əliyev: Orada əsas problem su problemidir. Onu gərək
çatdırasınız.
Rafil
Hüseynov: Cənab Prezident, biz
planlaşdırmışıq ki, su olan yerlərdə bu il
iki min hektarda təkrar əkin aparaq.
Prezident
İlham Əliyev: Sizdə 2 min hektar, ölkə üzrə
100 min hektara yaxın. Bu, hədəfdir, indi nə qədər
olar olar.
Rafil
Hüseynov: Su ilə bağlı əsas odur ki, suvarma
pambıq becərilməsi ilə üst-üstə
düşməsin. Bu il Ağcabədidə təxminən 30
min hektarda taxıl əkilib. Onun da 8 min hektara yaxını
arpadır, 22 min hektarı buğdadır.
Prezident
İlham Əliyev:Keçən il Ağcabədidə məhsuldarlıq
nə qədər idi?
Rafil
Hüseynov: Keçən il 35 sentner olub. Bu ildən növbəli
əkinə qayıtmaq məsələsini nəzərdə
tuturuq. Biz növbəli əkinə qayıtmasaq, məhsuldarlığı
da təmin edə bilmərik. Biz razılaşmışıq
ki, rayonumuzda eyni sahədə növbəli qaydada həm yonca əkək,
çünki maldarlığı da dayandıra bilmərik, həm
də pambıq. Çünki yonca sahələrində
pambıq əkiləndə çox yaxşı məhsul
götürmək olur. Biz pambıq, taxıl, yonca sahələrində
növbəli əkin hesabına pambığı da 20 faizə
qədər artırmağı nəzərdə tuturuq.
Prezident
İlham Əliyev:Məhsuldarlığı?
Rafil
Hüseynov:Pambığın özü də, məhsuldarlıq
da xeyli artacaq. Bu il yaxşı pambıq var.
Prezident
İlham Əliyev:Sizdə məhsuldarlıq keçən il də
yaxşı idi.
Rafil
Hüseynov:Bu il keçənilkindən daha yaxşı məhsul
var.
Prezident
İlham Əliyev: Əkin sahələri eyni qalıb?
Rafil
Hüseynov: Eyni qalıb, amma gələn il üçün nəzərdə
tuturuq ki, pambıq əkinini 25 faiz artıraq. Çünki bu
gün bizim taxıl və yonca sahələri 50 min hektara qədərdir.
Əlli min hektar bizə cəmi 500 iş yeri verir. Amma 10 min
hektar pambıq əkirik, bu, 15 min iş yeridir.
Prezident
İlham Əliyev: Əlbəttə, əməktutumlu sahədir.
Həm də yaxşı maaş, məvacib
götürülür.
Rafil
Hüseynov:Bəli, gəlir bundan üç dəfə
artıqdır. Həm xalis gəlir, həm də ümumi gəlir
artır.
İnam
Kərimov:Cənab Prezident, artıq fermerlər
maraqlıdırlar ki, pambıq əksinlər və gəlir əldə
etsinlər.
Prezident
İlham Əliyev:Biz pambığa olan marağı
qaytardıq. Keçən il hektardan məhsuldarlığı
29 sentnerə qaldırmışıq. Bu da Azərbaycanın
tarixində ən yüksək göstəricilərdən
biridir. Sovet vaxtında hektardan məhsuldarlıq bəlkə cəmi
3-4 il təqribən 30 sentnerdən artıq olub. İndi biz demək
olar ki, 30 sentnerə yaxınlaşmışıq. Bu il də
məhsuldarlıq daha yaxşı olsa, onda əlbəttə
ki, fermerlər və işləyənlər daha da
böyük gəlir götürəcəklər.
Rafil
Hüseynov:Cənab Prezident, keçənilkinə nisbətən
indi sıxlıq yüksəkdir, təxminən 100 faiz
bitiş alınıb. Ona görə bu il pambıqda xeyli
yaxşı nəticə gözlənilir.
Prezident
İlham Əliyev: Bir də ki, təkrar əkinlə
bağlı bizim yem bazası da genişlənəcək.
Hesablamısınız qarğıdalıdan nə qədər
yem əldə edəcəyik? İdxaldan asılılıq nə
qədər azalacaq?
İnam
Kərimov:Təxminən 1,2 milyon ton silos üçün
yaşıl yem, 350 min ton qarğıdalı olacaq.
Prezident
İlham Əliyev:Yəni, xaricə pul az gedəcək.
İnam
Kərimov:Bəli, az gedəcək.
Rafil
Hüseynov:Elektron uçotun qurulması çox böyük
kömək etdi. Artıq biz uçotu bildik. Biz indi də
başlamışıq rayon üzrə ev təsərrüfatlarının
uçotunu qurmağa ki, onların nə qədər sahəsi
var, orada nə dəyişiklik baş verir.
Prezident
İlham Əliyev:Fermerlər də öz işlərini bilirlər.
İnam
Kərimov:Cənab Prezident, xeyir-dua versəniz biçinə
başlayardıq.
Prezident
İlham Əliyev: Başlamaq olar?
İnam
Kərimov:Bəli, Sizin xeyir-duanızla.
Prezident
İlham Əliyev: Başlayın.
Sonra
fermer Nizami Hüseynovun əkin sahəsində taxıl
biçininə başlanıldı.
Azərbaycan.-2020.- 5 iyun.- S.2.