Ağcabədi
rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə
(109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On
dörd min nəfər əhalinin yaşadığı 4
yaşayış məntəqəsini birləşdirən
Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə
(109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd
avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə bu Sərəncamın 1-ci hissəsində
göstərilən avtomobil yolunun tikintisinin başa
çatdırılması üçün zəruri olan
maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2020-ci il
Azərbaycan.-2020.- 5 iyun.- S.5.