Paşinyan hökumətinin istefası tələb olunur

 

Ermənistanda hakimiyyətdaxili gərginlik ən yüksək həddə çatıb

 

 

Ermənistanda koronavirus pandemiyası ucbatından getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün də əlavə problemlərə yol açmaqdadır. Hətta fikirlər səslənir ki, bu gedişlə Nikol Paşinyan yaxın tezlikdə iqtidardan devrilə bilər. Yerli medianın yazdığına görə, ölkədə son hadisələr fonunda hakimiyyət artıq Nikol Paşinyanın əlindən sürüşüb gedir. Bildirilir ki, baş nazir komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb.

"Fakt” qəzeti yazır ki, Paşinyan niyə bu qədər tez - koronavirusa yoluxduğunu elan etdikdən bir həftə sonra sağaldı? Və o dəqiqə ciddi ölkədaxili siyasi manevrlərə başladı? Qeyd olunur ki, son aylarda Paşinyanın reytinqi sürətlə azalmaqdadır. Səbəb hakimiyyətin koronavirusla əlaqəli vəziyyətə nəzarət edə bilməməsidir.

Vurğulanır ki, Ermənistanda koronavirusun yayılmasında və vəziyyəti çətinləşdirməkdə maraqlı olan hər hansı bir siyasi qüvvə yoxdur. Problem hakimiyyətdəki çatışmazlıqları təhlil etmək, anlamaq və düzəltməkdir. Lakin bunun əvəzinə Paşinyan nifrət yaymağa çalışır və hətta tənqidçilərini hədələyir.

O da qeyd olunur ki, Paşinyanın mövqeyinə niyə bu qədər bağlı olması barədə müxtəlif fikirlər var, o, baş nazir vəzifəsinin müddətini uzatmaq üçün istənilən addımı atmağa hazırdır. Ancaq "xalqın etimadından istifadə etmək” artıq aktual deyil.

Bu arada yayılan məlumatlara əsasən, məhkəmə sahəsində də ciddi dəyişikliklər gözlənilir. Belə ki, Ermənistan hakimiyyəti Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryandan istefa ərizəsi yazmağı və vəzifəsini tərk etməyi tələb edib. Yerli medianın yazdığına görə, buna səbəb Vardazaryanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanla yaxın münasibətlərinin olmasıdır.

"Lragir” nəşri yazır ki, buna görə də hakimiyyət onu qəbul etmir və yaxın günlərdə getməli olduğu artıq aydındır: "Heç kimə sirr deyil ki, hakimlər, o cümlədən Ali Məhkəmə Şurası üzvləri qondarma yoxlamaya məruz qalacaqlarya səlahiyyətlilərin dediyi kimi əmlakları, fəaliyyətləri yoxlanılacaq. Ancaq onlar bu qədər gözləmək istəmirlər və sistemi başqa üsullarla "təmizləməyə” çalışırlar”.

Ermənistan hökuməti isə pandemiya fonunda vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Ancaq verilən vədlər yalandır. Qeyd olunur ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Çünki ölkədə ən azından qanunlara uyğun tədbirlər görülmür.

Xatırladaq ki, "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan rəhbərlik etdiyi partiya fəalları qarşısında çıxış edərək demişdi ki, koronavirus pandemiyası zamanı erməni baş nazir hökumətin qarşısına qoyulan vəzifələri həll edə bilmədiyini nümayiş etdirdi. O vurğulamışdı ki, Paşinyan ölkə iqtisadiyyatı, onun irəli getməsi üçün hələ də heç nə edə bilməyib. "Qolos Armenii” saytı daPaşinyan, nə də Ermənistan parlamentinin əksəriyyətini təşkil edən "Mənim addımım” bloku üzvlərinin respublika büdcəsinə investisiya cəlb etmək üçün heç bir strategiya təqdim etmədiklərini etiraf etmək məcburiyyətində qalıb. Yazılır ki, əksər blok üzvləri əvvəlki hakimiyyət rəsmilərindən qalan xarici investorlara bürokratik əngəlləri nəinki aradan qaldıra bildilər, bəziləri hətta onun aludəçisinə də çevrildilər. Təbii ki, Paşinyanonun ailə üzvləri də respublika büdcəsinin paylanmasında öz paylarını götürmüş oldular.

Bununla belə, Tsarukyanona yaxın erməni milyarderlərinin Ermənistanın maliyyə toxunulmazlığından narahat olduqlarını söyləmək hələ tezdir. Çünki bu gün Ermənistan iqtisadiyyatının bir çox sahələri hələ də inhisardadır.

Bütün bunlar Ermənistanı qarşıdakı dövrdə daha çətin günlər gözlədiyindən xəbər verir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 12 iyun.- S.10.