Azərbaycan Respublikası
Hökuməti ilə Beynəlxalq Qızıl Xaç
Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin
qüvvədəolma müddətinin uzadılması
haqqında Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl
Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin
qüvvədəolma müddətinin uzadılması
haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində
imzalanmış Protokol təsdiq edilsin.
2. Bu
Sərəncamın 1-ci hissəsində göstərilən
Protokol qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Protokolun
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş
göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyun
2020-ci il
Azərbaycan.-2020.- 13 iyun.- S.2.