Qazanılan təcrübə komandada işləmək və təşkilatçılıq bacarığını artırır

 

 

Konüllülük fəaliyyətinə Bakı şəhər, 2 saylı "ASAN xidmət” Mərkəzində başladım. Master 1 pilləsini uğurla başa vurduqdan sonra fəaliyyətimi davam etdirmək üçün "ASAN Schoolkönüllülük məktəbinin "Yaşıl ASAN” təşəbbüsünə müraciət etdim.

Müsahibə mərhələsini keçdikdən sonra ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətində ilkin təlimlərə cəlb olundum. Ekoloji istiqamətdə məzun olmuş könüllülərlə birlikdə hazırladığımız layihələr və təqdimatlar Bakı və regional "ASAN xidmət” mərkəzlərində geniş tətbiq olundu.

Təşkilatçı komandada yer aldığım digər layihələrdə də fəallıq göstərdim. "Yaşıl ASAN” komandasının "Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi, "Bakı Piknik Festivalı”, "Yaşıl Gün” festivalı, "Yaşıl Təfəkkür” layihələri mənə böyük uğur və təcrübə qazandırdı. Sonra işgüzarlığımı daha da artırmaq məqsədilə "ASAN Schoolkonüllülük məktəbinin master 2 pilləsi üzrə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində təcrübə keçdim. Qazandığım əlavə təcrübə nəzəri bilik və bacarığımı prosesində tətbiq etməyə çox kömək etdi.

Daha sonra ölkənin yeni qurumlarından olan KiçikOrta Biznesin İnkişafı Agentliyinin ilk könüllüsü oldum. Fəaliyyətimin mənə qazandırmış olduğu idarəçilik və komanda işi bacarıqları nəzərə alınaraq agentliyin Aparat üzrə könüllü proqram rəhbəri təyin olundum. Bir il ərzində mənə həvalə olunmuş bu işi müvəffəqiyyətlə başa vuraraq məzun oldum. Bundan az sonra DOST Agentliyinin "Könüllü DOST” proqramına müraciət etdim. Müsahibə mərhələsini uğurla keçdim. Bakı şəhər 1 saylı DOST mərkəzində könüllülük fəaliyyətinə başladım. Sosial sahədə xüsusi qayğıya ehtiyacı olan insanlara könüllülük prinsipləri əsasında komanda yoldaşlarım ilə xidmət göstərdik. İki ayın sonunda xüsusi sertifikat ilə təltif olundum. Könüllü DOST proqramının məzunlarından oldum.

Könüllülük sahəsində qazandığım təcrübəyə əsasən "Formula-1” Azərbaycan Qran-prisində könüllü, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında xüsusi protokol könüllüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində protokol təcrübəsi kimi fəaliyyətimi davam etdirmişəm. Universitetdə təhsil aldığım müddətdə könüllülük təcrübəsinin mənə qazandırmış olduğu bilgilər liderlik, komandada işləmək bacarığı, bir çox sahədə dünyagörüşümü artırmaq, insanlara təmənnasız yardım etmək şansları yaratdı.

 

Bu sahədəki hər bir uğurumun arxasında "ASAN könüllüləri”nin bir üzvü olaraq qazandığım təcrübənin böyük rolu olduğunu xüsusi qeyd etmək istəyirəm. "ASAN” könüllüsü olaraq gələcək karyerasını qurmaq istəyən hər bir Azərbaycan gəncinə real perspektivləri dəyərləndirməyi, cəsarətli olmağı, könüllü fəaliyyətinə qoşularaq layihə və tədbirlərdə həvəslə iştirak etməyi arzulayıram.

Könüllülük Azərbaycan gəncinin ən böyük uğurudur!

 

 

Əli Əkbər ƏFƏNDİYEV,

"Yaşıl ASAN” proqramının müvəkkili, "ASAN” könüllüsü

Azərbaycan.-2020.- 13 iyun.- S.6.