Hər bir vətəndaşımıza xidmət etməyə hazırıq

 

2020-ci il "Könüllülər ili"dir

 

 

Könüllülük ümid yeri, savab əmələ sahib olmaq, xalqına, vətəninə sosial xidmət etmək deməkdir. Elə buna görədir ki, bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi üçün ölkə başçısının çağırışı ilə Azərbaycan könüllüləri ordusu formalaşdı. Könüllülərin Əlaqələndirmə Mərkəzinin (AKƏM) də yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial-iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına nail olaraq, könüllülük hərəkatının faəliyyətini artırmaq və gənclərin beynəlxalq inteqrasiyasını təmin etməklə beynəlxalq əməkdaşlığın qurulmasına çalışmaqdır.

27 mart 2020-ci ildə təsis olunan və fəaliyyətə başlayan bu mərkəz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, "Regional İnkişafİctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsüİctimai Birliyi, "Könüllü gömrükçü” dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi və "Gənc Könüllülər” Hərəkatının təmsilçilərinin iştirakı ilə koronavirusla (COVID-19) mübarizədə fəal iştirak edir.

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı elan olunmuş xüsusi karantin dövründə könüllülərin fəaliyyəti təqdirəlayiq hesab edilir. Onlar koronavirusla mübarizədə həkimlər, polislər, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə durublar. Yaşlı tənha insanların ərzaqla təminatını təchiz etmək, sosial yardımların ehtiyacı olanlara çatdırılmasında könüllülərin birbaşa iştirakı mühüm rol oynayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi karantin rejimi müddətində talassemiya, hemofiliyaleykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin olunması məqsədilə dəstək çağırışına bir çox insanların, təşkilatların qoşulmaları könüllülük fəaliyyətinin yaranmış bu vəziyyətdə aktual olduğunu sübut etdi. Aprelin 8-də AKƏM Milli HemotologiyaTransfiziologiya Mərkəzi - Qan Bankı ilə birlikdə "Könüllü donor” aksiyasına start verib. Minlərlə könüllü Qan Bankının paytaxtregionlarda yerləşən bölmələrində qanvermə aksiyasında iştirak edir. Mayın 12-də keçirilən qanvermə aksiyasına demək olar ki, bütün könüllülər qoşuldu.

AKƏM-in təşkilatçılığı ilə keçirilən "Könüllü qonşu” aksiyasının da əsas məqsədi koronavirus pandemiyası dövründə xüsusi rejimin tələblərinə müvafiq şəkildə yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz ailələrə və 65 yaşdan yuxarı ahıl insanlara gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.

Könüllülər binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri yazaraq daxil olan zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərin həyata keçirilməsinə kömək göstərirlər. "Könüllü qonşu” aksiyasına qoşulan Qax könüllüləri də şəhərin müxtəlif ərazilərində yaşayan tənha və ahıl insanlara kömək göstərirlər.

Ölkəmizin 28 şəhər və rayonunda min nəfərə yaxın könüllü "Böyüklərimizi qoruyaq!” devizi altında minlərlə aztəminatlı ailəyə, tənha ahıllara, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkib, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar çatdırıblar.

Bu gün ölkə vətəndaşları arasında dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, Prezidentə inam və etimad çox yüksək səviyyədədir. Bu yüksək inam, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda yeni iqtisadisosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə, hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan ən yüksək zirvələri fəth edəcək. Bundan sonrakı dövrdə də könüllülük hərəkatının daha da genişləndirilməsinə, inkişafına diqqət artırılacaq. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusunun yarandığını, daim onların fəaliyyətini izlədiyini bildirir, bu hərəkatın üzvlərinin öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazanmasını yüksək qiymətləndirir.

Cəmiyyətin inkişafı, müsbət dəyərlərin geniş vüsət alması və humanizm prinsiplərinin aşılanması, eyni zamanda təcrübəli gənclərin yetişməsi, enerjisini faydalı əməyə cəlb etməsi yönündə ölkəmizin atdığı hər bir uğurlu addımı dəstəkləyirik və daima xalqımıza xidmət etməyə hazırıq! Könüllülük hərəkatı sayəsində biz seçdiyimiz yolla inamla irəliləyəcək, bütün zirvələri fəth edəcəyik.

 

Elmir HƏŞİMLİ,

Qax rayonu Gənclərin Karyeraİnkişaf Mərkəzinin direktoru

Azərbaycan.-2020.- 13 iyun.- S.6.