Mehriban Əliyeva: “Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün”

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun- Milli Qurtuluş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

 

Azərbaycan.-2020.- 17 iyun.- S.1.