Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın dövlət bayramıRespublika Günü münasibətilə tatarıstanlıların şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə Azərbaycan dövlətinin bütün vətəndaşlarına əsl bayram əhval-ruhiyyəsi, nikbinlik, möhkəm cansağlığı xoşbəxtlik arzu edirik.

Qoy Azərbaycan xalqının birliyi, ruh yüksəkliyi, əməksevərliyi Sizin gözəl ölkənizin sabitliyinin gələcəyə inamının, bu gün planetimizdə yaranmış mürəkkəb vəziyyətin uğurla nizamlanmasının rəhni olsun.

Əminəm ki, bu gün qlobal çağırışlar qarşısında dünyanın bütün xalqlarının səylərini birləşdirmək xüsusilə vacibdir ümidvaram ki, biz bundan sonra da Rusiya-Azərbaycan strateji münasibətlərinin dərinləşməsi, bütövlükdə beynəlxalq sülhün qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə Tatarıstan ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın inkişafı üçün birlikdə fəal səy göstərəcəyik.

 

Dərin hörmətlə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti.

Azərbaycan.-2020.- 18 iyun.- S.2.