Azərbaycan son texnologiyaların tətbiqinə üstünlük verir

 

Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər dünyada yüksək qiymətləndirilir

 

Xəbər verildiyi kimi, iyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi Şərqi Avropa bölgələrinin korporativ əlaqələr hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde "Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Bu gün Azərbaycan beynəlxalq bankların digər maliyyə qurumlarının, eləcə dünyanın nüfuzlu transmilli şirkətlərinin maraq dairəsindədir. Onların hamısı ölkəmizlə əməkdaşlıq etməkdən məmnundur. Səbəbi isə dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanda hökm sürən siyasi sabitlik dinamik iqtisadi inkişafdır.

Koronavirus pandemiyası dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatını çökdürdüyü halda, bu, Azərbaycanda məhsul istehsalının minimum şəkildə azalması ilə müşahidə edilir. Yəni inkişaf davam edir, sadəcə, məhsul istehsalının həcmi azalır. Bununla yanaşı, ölkəmizin kifayət qədər valyuta ehtiyatı var heç bir beynəlxalq maliyyə qurumundan asılacağımız yoxdur. Buna görə bu qurumlarla səmərəli bərabərhüquqlu əməkdaşlıq etmək imkanımız var. Dünyanın nüfuzlu maliyyə qurumlarının transmilli şirkətlərinin pandemiya dövründə ölkəmizlə əməkdaşlığa can atması da bununla bağlıdır.

Azərbaycanın bu səviyyəyə qalxması Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi siyasətinin nəticəsidir. Xüsusilə həyata keçirilən iqtisadi islahatlar ölkənin hərtərəfli inkişafını təmin edir.

Aydındır ki, xarici şirkətlər sərmayə yatıracağı ölkədəki mövcud siyasi sabitliyə, kapitalın qorunmasına verilən hüquqi zəmanətə, həmçinin iqtisadi inkişafın perspektivlərinə diqqət yetirirlər. Qeyd edilən faktorların mövcudluğu xarici sahibkarları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa təşviq edir.

Prezident İlham Əliyev videokonfrans zamanı əsas məqsədin ölkənin hərtərəfli inkişafı olduğunu bildirərək demişdir: "Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb... Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək”.

Dövlət başçısı çıxışı zamanı təhsilə xüsusi önəm verdiyini nümayiş etdirdi. Bildirdi ki, sentyabrın 15-də yeni tədris ili başlanır. Lakin dünyada koronavirus pandemiyasının qədər davam edəcəyi bilinmir. Buna görə ən pis ssenariyə hazırlıq görülməlidir. Beləliklə, distant təhsilin tətbiqi qaçılmazdır.

"Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq dövlət başçısının təşəbbüsü ilə bu sahədə görülən işləri yüksək qiymətləndirərək demişdir: "Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır”.

Məlumdur ki, indi dünyada kiberhücumlar dövlətlər üçün böyük təhlükə yaradır. Hər bir ölkə bundan sığortalanmaq üçün müvafiq tədbirlər görür. Sözsüz ki, Azərbaycan da bu sahədə istisna deyil. "Microsoft”un vitse-prezidenti, həmçinin bildirdi ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür hallarda həll yollarının tətbiqini həyata keçirir. Bu məqsədlə tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını təmin etmək üçün virtual masalarının yaradılmasını təmin edib.

Filip Roq, həmçinin kiberhücumların qarşısını almaq üçün hazırladıqları "bulud hesablamalarısistemi haqqında da dövlət başçısına məlumat verdi. Qeyd etdi ki, bu sistem səmərə əhəmiyyətinə görə artıq dünyanın bir çox ölkələrində istifadə olunur. Şirkətin vitse-prezidenti, eyni zamanda vurğuladı ki, "Microsoft”un süni intellekt platforması Azərbaycan dilini tezliklə dərk edəcək. Bu istiqamətdə əməkdaşlıq daha da artacaq.

Prezident İlham Əliyev dünyada müasir texnologiya innovasiyaların tətbiqinə üstünlük verən dövlət başçısı kimi tanınır. Son texnologiyaları yaradan şirkətlər bu siyasəti yaxından izləyir ölkəmizlə əməkdaşlığa can atır. Ona görə ki, Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafını yüksək texnologiya innovasiyalardan istifadə etməkdə görür.

Dövlət başçısı "Microsoft” şirkətinin rəhbərliyi ilə keçirilən videokonfransda bu barədə demişdir: "Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq innovasiyalar, yeni texnologiyalar müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır”.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 1; 4.