Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə 386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab), maddə 1434; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə 1191, ¹ 8, maddə 1380, ¹ 11, maddə 1686) 38.6-cı maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Birdəfəlik ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində "Giriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.”.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 may 2020-ci il

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.