“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 803; 2014, ¹ 9, maddə 1050, ¹ 11, maddələr 1382, 1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə 1121; 2016, ¹ 6, maddələr 1020, 1044, ¹ 11, maddə 1827; 2018, ¹ 7 (I kitab), maddə 1476; 2019, ¹ 7, maddə 1240) 5.1-ci bəndinə "38.2-ci” sözlərindən sonra "maddələrində, 38.6-cı maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 100-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyun 2020-ci il

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.