“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 103-VIQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında” və "İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 103-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

"İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 25; 2002, ¹ 5, maddə 262, ¹ 8, maddə 478; 2011, ¹ 4, maddə 278; 2018, ¹ 7 (I kitab), maddə 1469) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1. üçüncü abzasa "maddəsində” sözündən sonra ", 8-ci maddəsinin birinci hissəsinin on altıncı abzasında” sözləri əlavə edilsin;

 

2. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

 

"həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin on beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”;

 

3. ikinci-altıncı abzaslar müvafiq olaraq 2.1-2.5-ci bəndlər hesab edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2020-ci il

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.