Azərbaycan Respublikası Prezidentininİnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 5, maddə 854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5, maddə 840, ¹ 8, maddələr 1519, 1521; 2018, ¹ 7 (I kitab), maddələr 1445, 1486, ¹ 11, maddə 2287; 2019, ¹ 1, maddə 76, ¹ 4, maddə 655, ¹ 6, maddə 1027, ¹ 7, maddə 1211, ¹ 8, maddə 1405) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndinin 8-ci abzasında, 2.1.7-ci yarımbəndinin 2-ci abzasında və 2.3.3-cü yarımbəndinin 1-ci abzasında "inzibati-iqtisadi məhkəmələrin” sözləri "inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 622; 2020, ¹ 1, maddə 12) ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 37.2-ci bəndində "inzibati-iqtisadi” sözləri "inzibati məhkəmələrinin, kommersiya” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2020-ci il

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.