Vətəndaşları koronavirusdan qorumaq dövlətin prioritet məsələsidir

 

Qlobal təhlükənin əhaliyə təsirini minimuma endirmək üçün səmərəli tədbirlər həyata keçirilir

 

2020-ci il başlayandan dünyamız COVID-19 adlı çox təhlükəli koronavirus növünə qarşı mübarizə aparır.

Bu ölümcül virus altı ay ərzində planeti çənginə alaraq 213 ölkə və bölgəyə yayıldı, 9 milyondan çox insana yoluxdu, 500 minə yaxın şəxsin həyatına son qoydu. Müxtəlif profilaktik tədbirlərə, mübarizə üsullarına rəğmən, hələ də müasir tibb koronavirusa uduzur.

Qüdrətli dövlətlərin belə, aciz qaldığı bu dönəmdə Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasındadır.

Virusun dünyaya yayılmağa başladığı ilk vaxtdan etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atdı. Prezident İlham Əliyev vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiya irəli sürdübu, beynəlxalq qurumlar tərəfindən də təqdir edildi.

Azərbaycanda virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Pandemiyanın dalğalarının yeni yayılmağa başladığı dönəmlərdə Azərbaycan koronavirusa qarşı mübarizəyə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoydu. Lakin bu müsbət nəticələr əhalinin bir qisminin laqeydliyi, məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi nəticəsində mənfiyə doğru dəyişdi. Xüsusi karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Hazırda Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 500-ə yaxınlaşıb. Bu isə indiyə qədərki statistikada pik göstəricidir. Ümumi yoluxma sayı isə 13 mini ötüb. Yoluxma, virusla xəstələnmə sayının artması daha ciddi karantin rejimi tədbirlərinin tətbiqini zəruri etdi. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi.

 

"Son vaxtlar asimptomatik xəstələrlə az rastlaşırıq

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iyunun 20-də keçirilən brifinqdə bu barədə danışarkən bildirmişdi ki, virusun mutasiyası baş verdiyindən hazırda müşahidə edilən xəstəlik daha ağırdır. İndiki günlərdə COVID-19-a yoluxmuş xəstələr mart-aprel aylarında yoluxmuş xəstələrdən çox fərqlənir. Artıq xəstəliyə yoluxmaq yaşdan asılı deyil.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşların normal sosial həyatlarına qayıtması tibbi maskasız mümkün olmayacaq. Tibbi maska müəyyən müddət həyatımızın bir parçası olacaq. Bununla bərabər, sosial məsafəni, əl gigiyenasını da gözləmək vacibdir: "Qapalı məkanlarda insanların kütləvi toplaşmasına bir müddət yol verilməyəcək. Bəlkə Bakıda insanlar bu qaydalara nisbətən daha ciddi yanaşır, maskadan istifadə edirlər. Təəssüf ki, rayonlarda sanki virus yoxmuş kimi hərəkət edirlər. Sanki bu virus yalnız Bakıda, Sumqayıtda, Lənkərandadır. Bu, belə deyil. Virus sərhəd, yaş sosial təbəqə tanımır. Virus bir insandan başqasına yoluxmaqda davam edir. Son vaxtlar əvvəlki aylardan fərqli olaraq asimptomatik xəstələrlə az rastlaşırıq. Orta yaşlı cavan xəstələrdə çox ciddi fəsadlarla keçən respirator xəstəlik, ikitərəfli pnevmoniyalar görürük. Test nəticəsi neqativ çıxan ya hələ açıqlanmayan, amma kliniki əlamətləri COVID-19 kimi olan xəstələrimizin sayı çoxdur. Hər kəsdən vətəndaş məsuliyyəti göstərməyi xahiş edirik. Bu sahədə hamımız bir yerdə mübarizə aparmalıyıq, çünki xəstəliyin spesifik müalicəsi olmadığından ondan ancaq qorunmalıyıq. Hər kəs özünü ailəsini qorumalıdır. Bu mübarizədə başqa yol yoxdur”.

 

"E-Təbibkoronavirusun yayılmasını azaltmağa kömək edir

 

Ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edəcək "E-Təbibmobil tətbiqi istifadəyə verilib. Bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq "E-Təbibkoronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir. Bu mobil tətbiqə qoşularaq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhfənizi verə bilərsiniz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə "E-Təbibvasitəsilə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda s.), sizə bildiriş göndəriləcək laboratoriya testinə dəvət ediləcəksiniz.

"E-Təbib” "bluetoothtexnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Bu tətbiqdən qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər. Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq müvafiq yardım, həmçinin müxtəlif bildirişlər xəbərlər almaq mümkündür.

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market” ya "AppStorevasitəsilə "E-Tabib ya "E-Təbibyazaraq smartfonunuza endirin. Tətbiqi işə salın mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara yazın. "Bluetooth” qurğusunu işə salın. "E-Təbibtətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

 

Karantin rejimini pozanlar cəzalandırılırlar

 

Təəssüf ki, bəzən vətəndaşlar nəinki koronavirusun yayılmasını azaltmağa kömək edir, hətta özlərini qorumaq baxımından da məsuliyyətsizliyə yol verir, karantin rejimini pozur, bununla da həyatlarını riskə atmış olurlar. Nəticədə, müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt karantin rejimini pozaraq Bakıya girişə çıxışa cəhd edən sürücülərin cərimələnən şəxslərin sayını açıqlayıb. Belə ki, iyunun 21-i saat 00:00-dan iyunun 22-si saat 00:00-dək ölkə ərazisində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə 1440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə 132 nəfər olmaqla, ümumilikdə 1572 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Ələt-Astara, Bakı-Şamaxı Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü isə aşkarlanaraq geri qaytarılıb.

Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə isə, məhdudiyyətlərin ilk günündə evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS- 8103 qısa nömrəsinə 511419 SMS göndərilib ki, bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99.4 faizi 1 dəqiqə ərzində cavablandırılıb.

 

İndiki məqamda ən yaxşı qorunma yolu izolyasiyadır

 

İkihəftəlik sərtləşdirilmiş karantin rejiminin tətbiqində məqsəd xəstəliyin geniş yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaqdır. Bəli, vətəndaşların koronavirus infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Lakin bəzi vətəndaşlar özünütəcridin xəstəliyin qarşısının alınması üçün ən vacib amil olduğuna əhəmiyyət vermir, karantin rejimini pozaraq, zərurət olmadığı təqdirdə evdən çıxırlar. Unudurlar ki, hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Hər evdən çıxmaq, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma ölüm riski deməkdir. İndiki məqamda bu bəladan ən yaxşı qorunmaq yolu karantin izolyasiyadır. Vətəndaşlar özlərini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa birgə qalib gələ bilərik.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 23 iyun.- S. 1; 6.