Prezident İlham Əliyev növbəti dəfə erməni baş nazirinin yalanlarını ifşa etdi

 

N.Paşinyanın siyasi dələduzluğunun axırı çatıb

 

Xəbər verildiyi kimi, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Bu mötəbər tədbir yenidən ölkəmizə Ermənistanı işğalçı dövlət kimi ifşa etməyə imkan verdi. Sammitdə Prezident İlham Əliyev bir daha sübut etdi ki, dövlətimizin xarici siyasəti sülhsevərdir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdardır.

Prezident çıxışında Azərbaycanın Avropadünya üçün əhəmiyyətli olkə olduğunu tutarlı dəlillərlə sübut etdi. Dövlət başcısı vurğuladı ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji əməkdaşlıq haqqında sənəd imzaqlayıb. İki il bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb. Həmin sənəddə birmənalı olaraq hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanıb. Hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq haqqında sazişin imzalanması prosesi yekunlaşmaq üzrədir. Burada beynəlxalq hüquqa söykənən prinsiplər üstün tutulacaq. Deməli, ermənilərin hansı təxribata əl atmasından asılı olmayaraq, bu mühüm sənəddə bir daha Azərbaycanın ərazi bütövlüyü əsas götürüləcək.

Beləliklə, imzalanacaq sənəd Dağlıq Qarabağ münaqişəsinin həllində N.Paşinyanın "nala-mıxa vurma” siyasətinin mənasız olduğunu bir daha göstərəcək.

Dövlət başcısı sammitdəki çıxışı zamanı ölkəmizin Avropa ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Avropa İttifaqının enerji təhlukəsizliyini təmin etmək üçün 3500 klometirlik "Cənub qaz dəhlizi”nin tikintisinin təşəbbüskarı olub, həmçinin onu maliyyələşdirib.

Qeyd edək ki, bu gün Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinə sahibdir, qalan 20 faizdə Gürcüstanın payı Ermənistanınkından daha çoxdur. Beləliklə, məlum olur ki, Avropa regionunda ən kasıb, daha dəqiq desək, yaşamaq üçün başqalarına əl açan ölkə Ermənistandır. Erməni milləti hər fürsətdən yararlanıb dövlət səviyyəsində dilənçilik etməyi ustalıqla bacarır. Məsələn, Azərbaycan dövləti öz xalqını koronavirus pandemiyasından qorumaqla yanaşı, dünyanın 29 dövlətinə humanitar yardım göndərib. Ermənistan koronavirus pandemiyasından istifadə edərək Avropa İttifaqından 92 milyon avro həcmində yardım alıb. Paşinyan da yəqin ki, sələfləri kimi bu yardımı mənimsəyəcək. Çünki onlar beynəlxalq təşkilatların göndərdiyi humanitar yardımları mənimsəməyə adət ediblər. Şübhəsiz, alınan növbəti yardımı da erməni baş nazirionun tərəfdarları şəxsi məqsədləri üçün istifadə edəcəklər. Bu üzdən də Paşinyana növbəti dəfə lənət oxunacaq.

Avropa dünyanın inkişaf etmiş zəngin qitəsidir. Burada yerləşən dövlətlər xarici siyasətdə faydalı və qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Azərbaycan da dinamik inkişaf edən, təbii sərvətlərlə zəngin ölkə kimi Avropa İttifaqı üçün cəlbedicidir. Bu səbəbdən də Aİ ölkəmizlə siyasiiqtisadi əməkdaşlığa mühüm əhəmiyyət verir. Ölkəmizin iqtisadiyyatı son 16 ildə 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Xarici ticarətimizin 50 faizi bu qitənin dövlətləri ilə aparılır. Üstəlik, tədricən Azərbaycan Avropanın enerji təminatında mühüm ölkəyə çevrilir. Ermənistan isə bunun qarşılığında siyasi oyunbazlıqdan savayı ortaya heçqoya bilmir.

Ölkəmiz üçün bu forumda əsas məsələ milli əhəmiyyət kəsb edən Dağlıq Qarabağ həqiqətlərini bir daha Avropa miqyasında təbliğ etmək idi. Dövlət başcısı forumda münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinin mümkün olduğunu bildirdi. Vurğuladı ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədə Ermənistan qosunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz cıxarılması tələb olunur. Bununla yanaşı, ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da Ermənistandan işğala son qoymasını tələb edir. Buna baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir.

Ermənistanın baş naziri müxtəlif siyasi manevrlər edib işğal faktını gizlətməyə, digər tərəfdən, işğala haqq qazandırmağa çalışırdı. Onun bu siyasi təlxəkliyi də ifşa olundu. Prezident İlham Əliyev növbəti dəfə Paşinyanın yalanlarını ifşa edərək demişdir: "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Paşinyan çıxışı zamanı Ermənistanın üz qarası olan işğalçı simasını gizlətmək üçün siyasətçiyə yaraşmayan yalansaxta "faktlardan istifadə etməyə çalışdı. Sadə ermənilərə qısa müddətdə cənnət yaradaçağını vəd edib hakimyyətə gələn erməni baş naziri elə bilirdi ki, bu yalanları ilə "qoca” qitənin oturuşmuş siyasətçilərini aldada biləcək. O, bütün dünyada rəsmi şəkildə qəbul edilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əvəzinə "Artsax” ifadəsini işlətməklə növbəti dəfə gülüş hədəfinə cevrildi. Forum zamanı Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri bir daha vurğulaması erməni baş nazirini mat vəziyyətə qoydu. Birinci dəfə deyil ki, Prezident İlham Əliyevlə olan debat və görüşlərdə Paşinyan gülünc vəziyyətinə düşür. Münxen Təhlükəsizlik konfransında, MDB dövlət başçılarının sammitlərində Paşinyanın səviyyəsizliyi, siyasi riyakarlığı, utanmadan yalan danışmağı tədbir iştirakcılarında ikrah doğurur.

Hər kəs bilir ki, Ermənistanda Paşinyanın siyasi reytinqi gündən-günə aşağı düşür. Artıq onun istefasını təkçə sosial problemlər məngənəsində sıxılan sadə ermənilər deyil, siyasi rəqibləri də səsləndirir. Hakimiyyətə gəlmək üçün verdiyi vədlərdən heç birinə əməl etmədiyinə görə siyasi apponentləri tərəfindən istefaya getməsi tələb olunur. Hazırda Ermənistanda Paşinyanın yarıtmaz siyasəti üzündən sosial-iqtisadi vəziyyət gündən-günə pisləşir, insanlar sadə məişət ehtiyaclarını ödəyə bilmədikləri üçün kütləvi şəkildə ölkəni tərk edirlər. İndi Ermənistan cəmiyyətində bir gərginlik və ümidsizlik hökm sürür. Paşinyan xalqa verdiyi yalan vədləri yerinə yetirə bilmir. Buna görə hədəfdən yayınmaq üçün "əcinə” ovuna çıxaraq siyasi rəqiblərini həbs etməklə məşğuldur.

Dünyada Ermənistanda siyasi iflasa uğrayan erməni baş nazirin karyerasının sonunun çatdığı aşkar görünür. O, erməni xalqına Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcəyi, ölkə iqtisadiyyatını yüksəldəcəyi, əhalinin bütün sosial problemlərini həll edəcəyi barədə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Artıq erməni cəmiyyəti Paşinyanın üzünü görüb, yalançı və saxtakar olduğuna əmindir. Bu səbəbdən Paşinyanın siyasi dələduzluğunun ona baha başa gələcəyini hər kəs, o cümlədən özü də yaxşı anlayır.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-24 iyun.- S.1; 3.