İlham Əliyevin hücum diplomatiyası erməni yalanlarını darmadağın edir

 

Dövlətlərin dünyadakı nüfuzunu şərtləndirən bir çox amillər mövcuddur ki, onların sırasında iqtisadi inkişaf, qlobalregional məsələlərdə söz sahibi olmaq, müstəqil siyasət yürüdə bilmək kimi məsələlər xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycanın beynəlxalq aləmdəki yerininrolunun, malik olduğu imicin məhz bu cür prinsiplər əsasında formalaşması müasir tariximizin ən böyük reallığıdır.

 

Azərbaycan vəziyyəti öz xeyrinə dəyişir

 

Azərbaycanın ən böyük uğurlarından biri odur ki, artıq bir sıra siyasi mərkəzlər ölkəmizlə təzyiq dilində danışmağın faydasız olduğunu anlayır. Eyni zamanda İlham Əliyevin hücum diplomatiyasının real müsbət nəticələr verdiyi göz önündədir. Bir vaxtlar Azərbaycana qarşı kəskin qərəzli qətnamələr qəbul edən Avropa Parlamenti ilə bağlı məsələlərdə dönüş yaranması bunun təsdiqidir. Məlum olduğu kimi, bir müddət əvvəl bu təşkilat respublikamızla bağlı mütəmadi olaraq qərəzli, saxta informasiyalara hesablanan qətnamələr qəbul edir, Azərbaycanı hər addımda hədəfə alırdı. Lakin proseslərin sonrakı gedişi göstərdi ki, öz yolu, müstəqil siyasəti olan Azərbaycan dövlətinə təsir etmək mümkün deyil. Respublikamız hər zaman öz milli maraqlarına uyğun inkişaf yolu ilə uğurla irəlilədi və hansısa qərəzli qətnamələr bizim üçün kağız parçasından başqa bir şey olmadı. Prezident İlham Əliyevin dediyi "müstəqil siyasətin alternativi yoxdurgec-tez hər kəs bu siyasətlə hesablaşacaqfikri isə AP-nin sonradan ölkəmizə münasibətinin dəyişməsi fonunda öz təsdiqini tapdı.

Bu prosesdə ən mühüm məqamlardan biri də Azərbaycanın hücum diplomatiyasının hətta bir vaxtlar respublikamıza qarşı kəskin mövqedə dayanmış AP səviyyəsində belə uğur qazanmasıdır. Bir neçə gün əvvəl AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı yaydıqları birgə bəyanat bunu təsdiq edir.

Bəyanatda deyilir: "Bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir”.

Bu cümlələrdən göründüyü kimi, AP səlahiyyətliləri ilk növbədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını qəbul edirbuna görə də beynəlxalq hüququn normalarının pozulduğunu bildirirlər. Bəyanatda "Dağlıq Qarabağın və ətraf rayonların işğalı” ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir.

Bəli, rəsmi Bakı öz uğurlu siyasəti ilə erməni yalanlarını ən mötəbər səviyyələrdə darmadağın edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq müzakirələrdə vəziyyəti öz xeyrinə dəyişir. Təbii ki, bütün bunlar münaqişə ilə bağlı ikili standartların da qarşısını alır, beynəlxalq təşkilatları məsələ ilə bağlı daha oybektiv davranmağa, əsl həqiqətləri səsləndirməyə vadar edir.

Ona görə bu bəyanat beynəlxalq səviyyədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana vurulan diplomatik zərbə kimi tarixə düşdü. Ən əsası bu hadisə danışıqlar prosesində Azərbaycanın mövqelərinin daha da güclənməsinə xidmət edən mühüm siyasi hadisə oldu.

 

Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbə

 

Son günlərin başqa bir mühüm siyasi hadisəsi Prezident İlham Əliyev tərəfindən Ermənistanın baş naziri N.Paşinyanın növbəti dəfə beynəlxalq tədbir çərçivəsində yerində otuzdurulması oldu. Öncə onu qeyd edək ki, son dövrlərdə Rusiyanın Soçi şəhərində "ValdayDiskussiya Klubunun toplantısında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə Prezident İlham Əliyev öz çıxışlarında Ermənistanın işğalçılıq siyasətini siyasi uzaqgörənliklə ifşa edib. Ona görə bu tədbirlərin hər biri həm Ermənistana vurulan diplomatik zərbə, həm Paşinyana dəyən "şilləkimi yadda qalıb. İlham Əliyev ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə qətiyyətlə müdafiə edərək Azərbaycanın hücum diplomatiyasının beynəlxalq səviyyələrdə uğur qazanmasını, mövqelərinin daha da möhkəmlənməsini təmin edib.

Bu siyasətin davamı olaraq Ermənistana növbəti diplomatik zərbə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində vuruldu. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini diplomatik peşəkarlıqla ifşa etdi, eyni zamanda bu ölkənin terrorçuluğu dəstəklədiyini əsaslı faktla dünyaya çatdırdı. "Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdimdeyən Prezident İlham Əliyev Paşinyanın bütün söylədiklərini, arqumentlərini darmadağın etdi həm ona öz yerini göstərdi.

Təsadüfi deyil ki, bu hadisə Ermənistanın siyasi dairələrində ölkənin növbəti diplomatik məğlubiyyəti uğursuzluğu kimi nəzərdən keçirilir. Beləliklə, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti N.Paşinyanın bir daha özünü ictimaiyyət qarşısında biabır etməsi ilə sonuclandı. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirində söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir yenə özü-özünü çıxılmaz vəziyyətə saldı, söhbətə qeyri-peşəkar müdaxiləsi, cılız davranış tərzi ilə təcrübəli dövlət başçıları siyasətçilər arasında tamamilə yad biri olduğunu göstərdi.

İlham Əliyevin hücum diplomatiyası bütün sahələrdə uğurlu nəticəsini göstərir. Azərbaycan dövləti hər bir beynəlxalq təşkilatda Ermənistanın işğalçılıq siyasətini hərtərəfli ifşa edir. Görünən odur ki, zaman artıq Azərbaycanın xeyrinə işləyir. Yaranmış bu yeni tarixi reallıq isə mütləq dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnəcək.

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 25 iyun.- S.1; 8.