“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadiTexniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadiTexniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 78, ¹ 11, maddə 1030; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 107; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

 

"Komissiyanın həmsədri

 

Azərbaycan Respublikasının Maliyyə naziri

 

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası Energetika nazirinin müavini

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

"Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə səlahiyyətli səfiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İordaniya Haşimilər Krallığı tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2020-ci il

Azərbaycan.-2020.- 3 mart.- S.2.