“YARAT” Müasir İncəsənət Məkanı Xaçmazda “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib

 

“YARAT” Müasir İncəsənət Məkanı martın 5-də Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə tanınmış italyan rəssamı Mikelancelo Pistolettonunperespektivli yerli rəssamların əsərləri nümayiş olunur.

Açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova çıxış edərək, bundan əvvəl ölkəmizin digər regionlarında təşkil olunan səyyar sərgilərin incəsənət həvəskarlarının böyük marağına səbəb olduğunu bildirib. Budəfəki sərginin proqramına “YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminarustad dərslərinin keçirilməsi də daxil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev belə bir sərginin təşkilinin xaçmazlılar üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, “YARAT”ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolletoperspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione PistolettoFondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Bildirilib ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.

Rəssam Ağababa Bağırov budəfəki səyyar sərgi üçün "Üçüncü Cənnət" simvolunu skan edərkən yağ lampasının hekayəsini əks etdirən artırılmış reallıq əsəri - "Keçid"i yaradıb. Rəssam bu hekayəni texnoloji tərəqqi çox tezsosial şərtləri nəzərə almadan baş verdikdə nəsillərarası qarşıdurmaların təsviri üçün başlanğıc nöqtəsi kimi götürür.

Rəssam Etibar İsmayılov şifrələnmiş dildə istifadə qaydalarına dair təlimatla "dilək quyusu"nu yaradıb. Mətnin üslubu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heçyoxdur” inancını davam etdirməyə yönəlmiş cəsarətini ifadə edir.

Günay Əliyevanın əsəri rəssamın həyatına İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim haqqımızda danışır” kəlamından ilhamlanan qəbz formasında nəzər salır.

Musa Bəyzadə sağlamlıq texnologiyalarının bəşəriyyətin ayrılmaz hissəsinə necə çevrildiyini göstərməklə “Üçüncü cənnət” ideyası yanaşması üçün kağız kəsimi üsulundan istifadə edir. Bu əsər sağlamlıq problemlərinin zəruri kompensasiyası və insanın məhdudiyyətsiz ideallaşdırılması cəhdinə aid risk arasındakı incə xətti araşdırır.

Nəzrin Məmmədovanın zamanlı, fənlərarası və sinxron əsəri texnologiyanın, dizaynın və təbiətin kəsişməsində mövcuddur. Əvvəlcədən yazılmış səs mühitləri dağlarla əks-səda və rezonans verərək, yenidən çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratları yaradaraq öz orijinal mühitlərinə qaytarılıb.

Vüsalə Ağarazıyevanın “Tərəzi” əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır.

Rəssam Leyli Qafarovanın “Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin fəal siyasiya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, tolerantlığı ilə təmsil olunan İslam dünyasının “sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.

Sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Merzedes Sturm-Lie və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən video skrininq proqramı ilə müşayiət olunur.

YARAT səyyar sərgi çərçivəsində “Nargis” jurnalının “Çeşidləmə Layihəsi – 2019”la (Recycle Project) birgə əməkdaşlıq nəticəsində Rəşad Ələkbərovun "Yenidən istifadə et. Azalt. Çeşidlə." ("Reuse. Reduce. Recycle.") instalyasiyasını özündə əks etdirən ictimai incəsənət proqramını təqdim edir.

Sərgi Xaçmaz Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin nəzdindəki Xaçmaz Dövlət Qalereyasının dəstəyi ilə həyata keçirilir.

 

Azərbaycan.-2020.- 6 mart.- S.11.