Hind abidələrinin Qobustanda fotosərgisi

 

Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qobustanda Hindistan mədəni irsinin inciləri” adlı tədbir keçirilib. Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi tədbir çərçivəsində həmin ölkənin tarixi abidələrini əks etdirən fotosərgi nümayiş olunub.

Tədbir iştirakçıları Hindistanın mədəni irs nümunələri ilə tanış olmaqla yanaşı, zəngin təqdimat proqramını da izləyiblər.

Məqsəd Hindistan mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəniyyət sahəsində əlaqələrini inkişaf etdirməkdir.

 

Azərbaycan.-2020.- 7 mart.- S.4.