Xəzərlə Adriatik dənizi birləşir

 

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü ilə reallığa çevrilən əsrin layihəsi - "Cənub qaz dəhlizi” bu ilin sonunda tam olaraq fəaliyyətə başlayacaq

 

 

"Cənub qaz dəhlizi”

 

- 2014-cü ilin sentyabrın 20-də Bakıda təməli qoyulub;

- 2018-ci ilin mayın 29-da rəsmi açılış mərasimi keçirilib;

- Ümumi dəyəri 40 milyard dollardır;

- 4 hissədən (Şahdəniz-2, CQBK, TANAP və TAP) ibarət layihədir;

- Layihədə 7 hökumət, 11 şirkət iştirak edir;

- Ümumi uzunluğu 3500 kilometrdir;

- TANAP - 1850 km, TAP - 878 km, CQBK - 691 km;

- İlkin mərhələdə Türkiyəyə 6, Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək;

- Azərbaycan karbohidrogen satışından 30-50 milyard dollar gəlir əldə edəcək.

 

 

 

Daha bir möhtəşəm uğurun astanasında...

 

 

14 il öncə tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 3 dənizi - Xəzər, Qara dəniz Aralıq dənizini birləşdirən Azərbaycan indi növbəti möhtəşəm uğurun astanasındadır. 2014-cü ildə Bakıda təməli qoyulan "Cənub qaz dəhlizilayihəsi 6 ildən sonra - 2020-ci ilin sonunda tam hazır olacaq. Çünki beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası hələ davam edir. Layihənin 92 faizi tamamlanıb.

TAP-ın inşası başa çatdıqdan sonra Xəzər dənizi ilə Adriatik dənizi, yəni Bakı ilə Roma birləşəcək. Yeni hədəfinin astanasında olan Azərbaycan bu boru kəmərləri zənciri ilə təbii qazını Türkiyəyə, qardaş ölkədən isə Avropaya çatdırmaqla nəinki regionun, eləcə qitənin enerji mənbələri marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək.

"Cənub qaz dəhlizielə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilsin.

Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı bu kəmər sistemi Avropanın enerji xəritəsini dəyişəcək köhnə qitədə ən böyük infrastruktur layihəsi hesab olunur.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi”ni əlahiddə bir layihə kimi deyil, bu günə qədər energetika sahəsində Azərbaycanın həyata keçirdiyi böyük strategiyanın davamı kimi dəyərləndirmək lazımdır. Bu layihədən öncə "Bakı-Tbilisi-Ceyhanstrateji xətti irəli sürülüb məhz bu boru vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatları dünyaya açılıb. Bu nöqteyi-nəzərdən "Cənub qaz dəhlizi” "Bakı-Tbilisi-Ceyhanlayihəsinin davamı kimi qiymətləndirilir.

Burada daha vacib məqam layihənin beynəlxalq əhəmiyyətidir. İndiki reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin vacib şərti olan mənbələrin şaxələndirilməsi istiqamətində "Cənub qaz dəhlizihələlik yeganə etibarlı layihədir. Məhz bu layihə vasitəsilə şaxələndirmə istiqamətində Avropa ciddi addımlar atır.

Nəhayət, sözügedən məsələyə kommersiya baxımından yanaşsaq, bir neçə ildən sonra Azərbaycan "Cənub qaz dəhlizilayihəsindən böyük iqtisadi dividentlər qazanacaq.

 

 

Dayanıqlı, uğurlu çiçəklənən inkişafın təminatı

 

 

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub qaz dəhliziMəşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxış edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu ilin sonuna kimi "Cənub qaz dəhlizilayihəsinin açılışı olacaq.

Azərbaycanın son 30 ildə keçdiyi yola nəzər yetirən dövlət başçısı həyata keçirilən neft-qaz layihələrindən söz açıb: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz”, digər kəşfiyyat hasilat layihələri, "Cənub qaz dəhlizi”, mən həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini buraya əlavə edərdim, onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir”.

Prezident onu da vurğuladı ki, Azərbaycan özü qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir: "Bizim nümunəmizdə isə mənbələrin marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərindən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək”.

 

 

 

"Cənub qaz dəhliziAvropa İttifaqı üçün nailiyyətdir

 

 

Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı ixracı sahəsində görülən işləri xatırladan cənab İlham Əliyev Azərbaycanın etibarlı tranzit ölkəyə çevrildiyini, neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrin icra edildiyini bu istiqamətdə işlərin davam etdiyini söylədi.

Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə "Cənub qaz dəhlizi”nin reallaşmasına mühüm töhfə verdiyini vurğulayan dövlət başçısı bildirdi ki, layihəyə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Prezident layihənin keçdiyi tarixi yola nəzər salaraq dedi ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb. Bu layihə Azərbaycanın təşəbbüsü olub qonşular tərəfindən dəstəklənib.

Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardt isə "Cənub qaz dəhlizi”nin Avropa İttifaqı üçün nailiyyət olduğunu deyərək bu layihənin Avropanın enerji təhlükəsizliyini gücləndirdiyini söylədi: "Avropa

İttifaqı üçün əlbəttə ki, bu layihə həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirir, həmçinin bizim şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni mənbədir eləcə daha mühüm olan Avropa bazarına yeni marşrutdur. Burada mən bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə rəhbərliyə görə Prezident Əliyevə onun hökumətinə təşəkkürümü bildirmək istərdim”.

 

 

 

Bu layihə ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsidir

 

 

Prezident İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli ilə görüşdə layihənin icrasında göstərdiyi dəstəyə görə ABŞ hökumətinə minnətdarlığını bildirdi:

"Bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft qaz kəmərləri, istərsə enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib”.

Kurt Donelli isə "Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən plenar sessiyada qeyd edib ki, ABŞ Azərbaycanın enerji siyasətinə güclü və davamlı dəstək göstərir. Azərbaycan-ABŞ münasibətlərində enerji sektoru həmişə strateji əhəmiyyət daşıyıb. Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaş olub: "ABŞ "Cənub qaz dəhlizi”nin uğurla yekun fazaya daxil olmasına yüksək və davamlı dəstək nümayiş etdirir. "Cənub qaz dəhlizi” enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsidir”.

 

Dünya əhəmiyyətli tarixi layihə

 

Bir sözlə, qətiyyətli siyasəti, prinsipial mövqeyi ilə tanınan cənab İlham Əliyev uğurları sırasına birini də əlavə edir. Bu layihənin hansı formada ərsəyə gəlməsi bəllidir. Yalnız güclü siyasi iradə nəticəsində bu beynəlxalq layihə gerçəkliyə çevrilib.

İlin sonunda daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə alacaq. Layihənin işə düşməsi ilə regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gələcək.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi” Azərbaycan Prezidentinin söylədiyi kimi, enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Layihənin elə önəmi də bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılır. Bu dəhliz həm yeni yollar, həm də yeni mənbədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 1 mart.- S.1;3.